Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
Tarix: 14.09.2019 | Saat: 21:35:00 | E-mail | Çapa göndər



Sentyabrın 14-də Dənizkənarı Milli Parkda uşaq, yeniyetmə və gənclər üçün açıq karate seminarı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, karatenin daha da populyarlaşması və təbliği məqsədilə təşkil olunan seminar sentyabrın 27-29-da Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş 6-13 yaşlı uşaqlar arasında “Olimpiya ümidləri” beynəlxalq turnirinin ilk hissəsi kimi yarış iştirakçıları üçün nəzərdə tutulub.
Seminara respublikanın müxtəlif bölgələrindən klubların tərkibində minə yaxın idmançı qatılıb.
Tədbirdə çıxış edən dağ yəhudiləri dini icmasının rəhbəri Melix Yevdayev Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunan beynəlxalq turnirin təşkilinə görə yəhudi icmasına minnətdarlığını bildirib. O, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyada tolerantlıq məkanı kimi tanındığını ifadə edib: “Biz Azərbaycan xalqı ilə uzun əsrlərdən bəri bir yerdə yaşamışıq, daim onların şad günlərinə sevinmişik, dar günlərində bir yerdə olmuşuq”.
Tədbirin təşkilatçılarından olan Veteran Tankçılar Birliyinin sədri Hacı Əzimov A.Aqarunov ilə bağlı xatirələrini bölüşüb, turnirin təşkilinə görə minnətdarlığını bildirib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov isə belə seminar və turnirlərin gənc karateçilərin yetişməsində əhəmiyyətini xüsusi vurğulayıb. O, bu seminara ayrı-ayrı klublardan minə yaxın idmançının cəlb olunduğunu bildirib. Federasiya prezidenti sentyabrın 27-29-da keçiriləcək karate turnirinə yüksək səviyyədə hazırlaşdıqlarını söyləyib.
Seminarda federasiya rəsmiləri, milli komandanın məşqçiləri, yığmanın üzvləri təcrübələrini azyaşlılarla bölüşüb, bu idman növünün sirləri barədə məlumat veriblər.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21.10.2019
Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub
20.10.2019
Anna Başta “Satellite” turnirində qızıl medal qazandı
20.10.2019
Messi karyerasını hansı klubda bitirəcəyini açıqladı
20.10.2019
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info