Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
Tarix: 14.09.2019 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Sentyabrın 14-də Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. Təhsil Nazirliyindən bildiriblər ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə Təhsil naziri Ceyhun Bayramov “Bilik günü” və məktəbin açılışı münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edib.
Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan nazir bildirib ki, ölkəmizdə təhsil sahəsi dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir. C.Bayramov son illər respublikamızda çoxlu sayda yeni məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb. Nazir deyib ki, regionlarda, xüsusən ucqar rayonlarda yeni məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirildiyinin göstəricisidir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Ceyhun Bayramov ölkədə aparılan təhsil islahatları haqqında məlumat verib. O, yeni məktəblərin inşasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə əhəmiyyətli təsir edəcəyinə əminliyini vurğulayıb. Sonra nazir yeni məktəbdə yaradılmış şəraitlə tanış olub, müəllimlərlə görüşərək onlarla söhbət aparıb.
Qeyd edək ki, yeni istifadəyə verilən 1176 şagird yerlik məktəb binasında 2 fizika, 2 kimya, 2 biologiya laboratoriyaları, 1 məktəbəqədər, 1 hərbi hazırlıq, 1 linqafon otağı və 48 sinif otağı, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, akt zalı, idman zalı inşa edilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri təşkil olunub.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Aİİ-nin prorektoru Beynəlxalq Forumda iştirak edib
19.10.2019
Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib
18.10.2019
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
17.10.2019
“İbtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info