“Sarı jiletlilər” nümayişlərin 44-cü həftəsində yenə hökumətə qarşı etiraza çıxdılar
Tarix: 15.09.2019 | Saat: 14:16:00 | E-mail | Çapa göndər



Yanacağın qiymətlərinin artırılması və çətin iqtisadi vəziyyətə etiraz olaraq başlanan, ancaq daha sonra Makron hakimiyyətinə qarşı aksiyalara dönən “sarı jiletlilər”in hərəkatı davam edir.

Fransada “sarı jiletlilər” sentyabrın 14-ündə - nümayişlərin 44-cü həftəsində yenə prezident Emmanuel Makron hökumətinin siyasətinə etiraz bildirmək üçün küçələrə çıxdı.
Yanacağın qiymətlərinin artırılması və çətin iqtisadi vəziyyətə etiraz olaraq başlanan, ancaq daha sonra Makron hakimiyyətinə qarşı aksiyalara dönən “sarı jiletlilər”in hərəkatı davam edir.
Parisin ayrı-ayrı küçələrində nümayişçilər Makron rəhbərliyinə qarşı şüarlar səsləndiriblər.
Bir qrup etirazçı Orli (Orly) Hava Limanında aksiya keçirib. Nantda (Nantes) isə polislə etirazçılar arasında gərgin anlar yaşanıb və nümayişçilər mağazanın şüşələrini sındırıblar. Polis etirazçılara bibər qazıyla müdaxilə edib. Aksiya zamanı 42 nəfər nəzarətə götürülüb, 4 polis yaralanıb.
Liondakı (Lyon) etirazlarda isə 9 adam nəzarətə alınıb.
Monpelye (Montpellier), Tuluza (Toulouse), Marsel (Marsilya) və Bordo (Bordeaux) şəhərlərində də nümayişlər keçirilib.
Xatırladaq ki, “sarı jiletlilər” hərəkatı 2018-ci ilin 17 noyabrından bu yana davam edir. Nümayişlər zamanı bu vaxta qədər 11 insan həyatını itirib, 1797-si polis olmaqla 4245 adam yaralanıb və 12 min 107 nəfər tutulub.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
ABŞ əsgərləri Suriyanın şimalından İraqın qərbinə yol alır
21.10.2019
“Biz neftin təhlükəsizliyini təmin etdik“
20.10.2019
Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
20.10.2019
Pentaqon rəhbəri “Taliban“ ilə görüşmək üçün Əfqanıstana gəlir
20.10.2019
Donald Tramp: “Hillari Klinton ağlını itirib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info