Daha iki şahmatçımız dünya kubokunun onaltıdabir mərhələsinə vəsiqə qazanıb
Tarix: 15.09.2019 | Saat: 20:30:00 | E-mail | Çapa göndər



Sentyabrın 15-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsində tay-breyk partiyalarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov rusiyalı Sənan Syugirov üzərində bir heç-heçə və bir qələbə qazanıb. Eltac Səfərli isə hindistanlı Sarin Nihala birinci görüşdə qalib, ikincisində isə heç-heçə edib. Tay-breykdə mübarizə aparan digər şahmatçımız Nicat Abbasov isə ABŞ təmsilçisi Leyner Dominquez Perezə hər iki partiyada məğlub olub. Beləliklə, Ş.Məmmədyarov, T.Rəcəbov və E.Səfərli dünya kubokunun onaltıdabir final mərhələsinə vəsiqəni təmin ediblər.
Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya kuboku yarışlarında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.
Dünya kubokunun finalına adlayan şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaqlar. FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, təşkilatçıların xüsusi dəvətnaməsi olacağı təqdirdə, turnirin bürünc mükafatçısı da belə bir hüquqa yiyələnə bilər.
Dünya kuboku yarışları oktyabrın 4-dək davam edəcək. Turnirin mükafat fondu 1,6 milyon dollardır.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21.10.2019
Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub
20.10.2019
Anna Başta “Satellite” turnirində qızıl medal qazandı
20.10.2019
Messi karyerasını hansı klubda bitirəcəyini açıqladı
20.10.2019
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info