Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Tarix: 16.09.2019 | Saat: 09:22:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayır.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında baş tutan genişmiqyaslı əməliyyat-taktiki təlimlərə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələri cəlb edilib.
Təlimlər zamanı dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilən ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.
Təlimlərə 10000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.
Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçirilən təlimlər zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra edilir.
Təlimlərdə əsas diqqət qoşunların idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldilib.
Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçirilir.
Genişmiqyaslı təlimlər sentyabrın 20-də başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
08.07.2020
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
08.07.2020
Milli Şuranın “zoom-konfransın”dan növbəti görüntü yayılıb - VİDEO
07.07.2020
Dövlət əlindən gələni edir ki, bu vəziyyətdən az itkilərlə çıxa bilək
07.07.2020
Siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün görüş keçirilib
05.07.2020
Prezidentin tarixi təşəbbüsü beynəlxalq miqyasda yüksək qiymətləndirildi

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
2 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
3 Asan plov -VİDEO
4 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
5 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info