Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır
Tarix: 16.09.2019 | Saat: 13:38:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) 2019/2020-ci tədris ilinin başlanması münasibəti ilə “Bilik günü”-nə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidentləri, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib. Dövlət himni səsləndikdən sonra çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq, 2019/2020-ci tədris ilində yüksək balla BANM-in tələbəsi adını qazanmış gəncləri və onların valideynlərini yeni tədris ili münasibəti ilə təbrik edib. Ali Məktəbin qısa zamanda əldə etdiyi uğurları, görülən işlər və perspektivlər haqqında danışan rektor Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Rektor qeyd edib ki, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatıb. O, bu il Ali Məktəb üzrə 11 nəfərin 680-dən çox bal topladığını, yarandığı ildən indiyədək isə BANM-in 26 tələbəsinin 700 bal toplayaraq ölkə üzrə rekorda imza atdığını vurğulayıb. Rektor həmçinin qeyd edib ki, bu il ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin 2 ixtisası - İnformasiya təhlükəsizliyi - 673,5 bal, Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 657,8 bal olmaqla, növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisasları olub. Elmar Qasımov I qrup üzrə keçirilmiş test imtahanlarında ən yüksək bal toplayan tələbələrin BANM-i seçməsinin artıq ənənə halını almasını xüsusi vurğulayıb. “Bizim Ali Məktəbi bitirən bütün məzunlar işlə təmin olunur. Onlar SOCAR-ın bir çox müəssisələrində, o cümlədən, Türkiyədə PETKİM və STAR zavodlarında, BP, Maire Technimont Group, Halliburton və digər transmilli şirkətlərdə çalışırlar. Eyni zamanda, dünyanın bir çox inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərinin magistratura və doktorantura proqramlarına qəbul olunublar”. - deyə E.Qasımov bildirib. Tədbirdə çıxış edən SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Ali Məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib. O, bildirib: “Bakı Ali Neft Məktəbi cəmi 7 ildir, fəaliyyət göstərir. Bu qısa müddətdə dinamik inkişafı və uğurları ilə layiqli yer tutmuş, ölkə gənclərinin dərin hüsn-rəğbətini qazanmışdır. Təsadüfi deyil ki, bu ilki tələbə qəbulu imtahanlarında 1-ci qrup üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqüdünə layiq görülmüş 23 tələbə üstünlüyü Bakı Ali Neft Məktəbinə vermişdir. Bu məktəb, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının iştirakı ilə açılışını etdiyimiz bu möhtəşəm kampus Azərbaycan tarixinin yeni dövrünün nailiyyətlərini təzahür etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək texnoloji biliklərə sahib ingilisdilli neftçi mütəxəssislərin hazırlanması istiqamətində qarşıya qoyduğu hədəflərə uyğun olaraq bu gün Bakı Ali Neft Məktəbində beynəlxalq təhsil konsepsiyasına uyğun tədris və təhsil mühiti formalaşdırılıb”.
Milli Məclis sədrinin müavini, millət vəkili Bahar Muradova bildirib ki, son illər ölkəmizdə təhsil sistemində əldə edilən uğurlar təhsilverənlərin peşəkarlığı ilə yanaşı, Azərbaycan dövlətinin iqtisadi imkanlarının artmasının, regionda və dünyada mövqeyinin möhkəmlənməsinin nəticəsidir.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc təhsil sistemində tətbiq edilən innovasiyalar sayəsində, bu gün Bakı Ali Neft Məktəbi kimi yüksək infrastruktura malik və keyfiyyətli tədris metodu ilə seçilən ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini qeyd edib. “Möhtərəm Prezidentimizin tapşırığı ilə yaradılan BANM beynəlxalq proqramlar əsasında, eləcə də Avropada mühəndis hazırlığına dair laborator və digər təcrübi avadanlıqlarla təchiz olunan komplektləşmiş bir elm təhsil ocağı kimi uğurla fəaliyyət göstərir”. Dövlət İmtahan Mərkəzinin (DİM) 2019/2020-ci tədris ili üzrə keçirilən qəbul imtahanında I qrup üzrə ən yüksək bal (690.5 bal) toplayan BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını seçən Əsmər Hacızadə bildirib ki, əsas məqsədi ixtisası üzrə peşəkar mütəxəssis kimi ölkəmizə faydalı olmaqdır. O, hədəfinə nail olmaq üçün Bakı Ali Neft Məktəbinin düzgün ünvan olduğunu vurğulayıb. Bakı Ali Neft Məktəbi və BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun proqramı əsasında həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində BANM-ə qəbul olmuş nigeriyalı tələbə Somtoçukvu Çidinma azərbayan dilində tədbir iştirakçılarını salamlayıb, bu Ali Məktəbdə təhsilə başlamasından həyəcan duyduğunu qeyd edib.
Bu il əkiz oğlanları Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olan Namiq Azadlı çıxış edərək, oğlanları Rəşad və Rəşidlə yanaşı, yüksək bal toplamış bütün gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib. O, övladlarının da onun yolunu davam etdirərək, neft-qaz sahəsinə maraq göstərməsindən və Bakı Ali Neft Məktəbini seçməsindən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, Rəşad Azadlı Prezident təqaüdünə layiq görülüb.
Məzunlar adından çıxış edən 2019-cu il Kimya mühəndisliyi məzunlarından, hazırda SOCAR Türkiyədə İstehsalat mühəndisi vəzifəsində çalışan Orxan Əlizadə, Bakı Ali Neft Məktəbinə və sevimli müəllimlərə minnətdarlıq edərək, BANM-ə yeni qəbul olunan tələbələrin layiqli kadrlar kimi yetişməsində əvəzsiz rolunu qeyd edib.
Sonra 2019/2020-ci tədris ilində Bakı Ali Neft Məktəbinə qəbul olunmuş tələbələrin hər birinə tələbə vəsiqələri təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib
18.10.2019
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
17.10.2019
“İbtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”
17.10.2019
BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info