“Qarabağ” – “Sevilya” oyununa 20 min bilet satılıb
Tarix: 16.09.2019 | Saat: 13:57:00 | E-mail | Çapa göndər


“Qarabağ” klubunun UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində Bakıda İspaniyanın “Sevilya” komandasına qarşı keçirəcəyi oyuna indiyədək 20 mindən çox bilet satılıb. Bu barədə AZƏRTAC-a “Qarabağ” klubunun mətbuat katibi Nurlan İbrahimov məlumat verib. O bildirib ki, oyunla əlaqədar 30 min bilet satışa çıxarılıb. Ən ucuz biletin qiyməti 3 manatdır. Satışda 5, 15, 20, 50 və VIP sektor üçün 100 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik”, “28 Mall”, “Park Bulvar” ticarət mərkəzlərindəki “iTicket” satış məntəqələrindən, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” (onlayn) saytından əldə etmək mümkündür.
Sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. Qrupun Kiprdə oynanılacaq digər oyununda APOEL doğma meydanda Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21.10.2019
Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub
20.10.2019
Anna Başta “Satellite” turnirində qızıl medal qazandı
20.10.2019
Messi karyerasını hansı klubda bitirəcəyini açıqladı
20.10.2019
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info