Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub
Tarix: 16.09.2019 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Özbəkistan Respublikasının təşkilata üzv olması ilə əlaqədar bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Türk Şurasının Baş katibi Bağdad Amreyevin imzaladığı bəyanatda 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan və indiyə qədər Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Türk Şurasına daha bir türkdilli ölkənin - Özbəkistanın da qoşulduğu bildirilir.
Vurğulanır ki, Naxçıvan Sazişinin Özbəkistan Respublikası tərəfindən ratifikasiyası 2019-cu il sentyabrın 14-də tamamlanıb. Bununla, Özbəkistan Respublikası Türk Şurasının tamhüquqlu üzvü olacaq. Bu tarixi qərar Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edir. Bu il oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə görüşündə Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistanın nümayəndə heyəti də iştirak edəcəkdir.
“Bu, tarixi hadisədir. Qardaş Özbəkistanın Türk Şurası ailəsinə qoşulmasını alqışlayır və inanıram ki, bu əlamətdar hadisə Türk Şurasının fəaliyyətinə, türkdilli ölkələr və xalqlar arasında getdikcə artan əməkdaşlığa mühüm təkan verəcək”, - deyə bəyanatda qeyd olunur.
Yeri gəlmişkən, Prezident Şavkat Mirziyoyev Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlüyü ilə bağlı parlamentin parafladığı Qanunu imzalayıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Moldovada bələdiyyə seçkilərində sosialistlər qalib gəlib
20.10.2019
Fransada erməni redaksiyasına “hücum” edilib(?)
20.10.2019
ABŞ Rusiyanın “ən təhlükəli“ döyüş gəmisi haqqında
19.10.2019
Paşinyanin müttəfiqləri niyə narazidirlar?
19.10.2019
Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info