Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur
Tarix: 16.09.2019 | Saat: 14:58:00 | E-mail | Çapa göndər


Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq, azərbaycanlı qardaşlarının köməyinə çatdı. Əvvəlcə 12-14 min Osmanlı əsgərindən ibarət Qafqaz İslam Ordusu yenicə yaranmaqda olan Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birləşdi, sonradan Dağıstan müsəlmanlarından ibarət könüllülərin qoşulması ilə sayı təqribən 20 min nəfərə çatdı. Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədilə yaradılmış Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrınadək misilsiz fədakarlıqlar göstərdi.
Bu fikirləri Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar deyib. O qeyd edib ki, 1918-ci ilin martında daşnak-bolşevik birləşmələri Bakıda, Şamaxıda və Azərbaycanın digər yerlərində dəhşətli qırğınlar törətmişlər. Azərbaycanlılara qarşı törədilən terrorun qarşısını almaq üçün Gəncədə yerləşən Qafqaz İslam Ordusu erməni-bolşevik quldur dəstələrinin əlində olan Qaraməryəm, Göyçay, Ağsu, Kürdəmir, Şamaxı və digər əraziləri sürətlə təmizlədilər. Orduya rəhbərlik edən Nuru paşa təhlükəsizliyi təmin etmək üçün əvvəlcə Gəncədəki ermənilərdən silahların toplanılması əmrini verdi. Xəbərdarlıqlara əhəmiyyət verməyən erməni məhəlləsi 10 iyunda gecə yarısı mühasirəyə alındı və Qafqaz İslam Ordusu Azərbaycanda ilk şəhidlərini bu döyüşlərdə verdi. Şəhidlər silahdaşlarının və xalqın çiyinlərində təntənəli bir mərasimlə Gəncə məzarlığında torpağa tapşırıldı. Sonra bu ordu Gəncədən Bakıyadək çətin və şərəfli döyüş yolu keçdi.
Federasiya rəhbəri əlavə edib ki, Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni quldur dəstələrindən xilas etməsi şanlı tariximizin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, birliyimizin və qardaşlığımızın sarsılmazlığına, əbədiliyinə əyani sübutdur. Bu qanlı döyüşlərdə 1130 türk əsgəri həyatını Azərbaycan naminə qurban verdi.
Bilal Dündar vurğulayıb ki, tarixi faktlara diqqət yetirdikdə Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu görmək olar. Hər iki dövlət ən çətin anlarında bir-birinə dəstək olur. İllərin sınağından keçən Türkiyə-Azərbaycan dostluğu bu gün dünyada bənzəri olmayan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyasının birliyinin əsasını qoymuş Mustafa Kamal Atatürk-Heydər Əliyev ideyalarına sadiqlik xalqlarımızın qardaşlığını və dostluğunu daha da möhkəmləndirir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
“Qarabağ vulkana bənzəyir, püskürməsi əsl fəlakət ola bilər”
20.10.2019
Avropada aksiyalara hansı halda icazə verilir?
20.10.2019
Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi
20.10.2019
Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir
20.10.2019
Ölkədə qarşıdurma yaratmağa cəhd edən radikal müxalifət növbəti dəfə xalq tərəfindən boykot edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info