Cəlil Məmmədquluzadənin “Poçt Qutusu” tacik dilində
Tarix: 16.09.2019 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu il görkəmli yazıçının yubileyi bir sıra tədbirlərlə davam etdirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin layihəsi və ideya müəllifliyi ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və ictimai xadim Cəlil Məmədqulzadənin əsərləri xarici dillərə tərcümə edilərək nəşr olunur. İsa Həbibbəyli böyük demokrat yazıçının əsərlərini Rusiyada (1999), Pakistanda (2004), Misir Ərəb Respublikasında (2007), Macarıstanda (2011), Litvada (2017), Özbəkistanda (2018), Bolqarıstanda (2019) kitab halında müxtəlif dillərdə nəşr etdirmiş, həmin kitablara müqəddimələr yazmışdır. Bu günlərdə Tacikistanın paytaxtı Düşənbə şəhərində Cəlil Məmmədquluzadənin “Poçt qutusu” adlı növbəti kitabı tacik dilində nəşr edilib.
Akademik İsa Həbibbəyli indiyədək xarici dillərdə çıxan bütün nəşrlərdə olduğu kimi, bu kitaba da “Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadə” adlı geniş həcmli müqəddimə yazıb. Müqəddimədə Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixinə, görkəmli yaradıcı simalarına müəyyən yer ayırmış akademik İsa Həbibbəyli “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin həyatı və mühiti, zəngin yaradıcılığı haqqında tacik oxucusuna geniş ensiklopedik məlumatlar təqdim edib. Akademik İsa Həbibbəyli müqəddimədə görkəmli yazıçının xidmətlərini aşağıdakı kimi səciyyələndirib: “Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında «Molla Nəsrəddin» ədəbi məktəbinin yaradıcısı və tənqidi realizm ədəbi cərəyanının banisi kimi böyük şöhrət qazanmışdır. Böyük demokrat ədib kimi tanınan Cəlil Məmmədquluzadə ədəbiyyatda kiçik hekayə janrının və satirik publisistikanın da əsasını qoymuşdur. Ustad Mirzə Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında milli istiqlal ədəbiyyatının sərkərdəsi kimi qəbul olunur. Cəlil Məmmədquluzadənin adı dünyada realist-satirik ədəbiyyatın görkəmli yaradıcıları ilə eyni sırada dayanır”.
Əsərləri tacik dilinə çevirmiş Tacikistanın tanınmış ədəbiyyatşünas alimi, professor Muxammadsalom Maxşulovun “Tərcüməçidən ön söz” başlıqlı yazısında Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından, əsərlərinin ideya-bəıdii xüsusiyyətlərindən ətraflı bəhs edilir.
Kitaba Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Usta Zeynal”, “Nigarançılıq”, “Molla Fəzləli”, “Xanın təsbehi”, “Qəssab”, “Quzu”, “Qurbanəli bəy”, “Məşrutə”, “Bəlkə də qaytardılar”, “Yuxu”, “Pirverdinin xoruzu”, “Saqqallı uşaq” və “Baqqal” kimi dünyaca mışhur hekayələri daxil edilib.
“Poçt qutusu” kitabı Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinin dəstəyi ilə Düşənbənin “ER-Qraf” nəşriyyatında işıq üzü görüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçirilib
20.10.2019
Vyetnamın məşhur caz qrupu Bakı Caz Festivalında çıxış edəcək
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info