“Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
Tarix: 16.09.2019 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Namiq Əliyev | Tarix üzrə fəlsəfə doktoru

“İctimai-siyasi proseslərə təsir göstərmək gücündən asılı olmayaraq, ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyaların bir araya gəlmələri və konkret bir problem müzakirə etmələri çox müsbət qiymətləndirilən hadisədir”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, sivil ölkələrdə vətəndaş həmrəyliyinin mövcud olmasının əsas şərtlərindən biri dövlətin taleyüklü məsələlərində siyasi qüvvələrin bir araya gəlib, milli maraqlara uyğun yekdil qərar qəbul etmələridir: “Bu baxımdan, siyasi partiyaların toplantısında iştirak edən hər bir partiyaya təşəkkür edirik. Toplantıya dəvət edilib, lakin iştirakdan imtina edən KXCP və Müsavat partiyalarının bu addımı isə təqdirəlayiq hesab edilə bilməz. Çünki iqtidarda təmsil edilib, yaxud edilməməsindən asılı olmayaraq, bütün siyasi partiyalar dövlətin və cəmiyyətin gələcək taleyi üçün məsuliyyət daşıyırlar. KXCP və Müsavat bu toplantıda iştirak etməli və müzakirə olunan məsələlər barədə öz mövqelərini bildirməli idilər. Diqqət edək görək, toplantının yekun bəyanatında əksini tapan çağırışların hansı müsbət deyil? Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atılacaq addımların, silahlı qüvvələrin, islahatların bütün siyasi partiyalar tərəfindən dəstəklənməsi, siyasi mübarizədə etik normaların gözlənilməsi, KİV və sosial şəbəkələrdə böhtana, təhqirə yol verilməməsi, seçkilərə xarici müdaxilə cəhdinin qarşısının birgə alınması kimi müddəaların nəyi pisdir?
AXCP-nin bu tədbirə dəvət olunmaması isə bu partiya liderlərinin ictimai-siyasi proseslərdə tutduqları radikal mövqe ilə bağlıdır. AXCP siyasi dialoq yox, özləri demişkən, “mitinq, nümayiş və inqilab yolu” seçib. Əslində, müzakirə olunan mövzu - “Siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” tematikası onların fəaliyyəti ilə uyğun gəlmir. Belə ki, AXCP rəhbərliyi Qərb ölkələrinin səfirləri ilə ölkəmizdəki siyasi prosesləri müzakirə etmələrini, heç cəmiyyətdən gizlətmirlər də… İndidən bəllidir ki, Qərbdəki bəzi çevrələr nəinki seçkilərə, həmçinin digər proseslərə də AXCP pərdəsi altında müdaxilə etməyə cəhdlər göstərirlər”.

Gülyana




 
Müəllifin son yazıları

17.10.2019 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
02.10.2019 “Bəzi müxalifətçilər gəncliklərini xəyallara qurban verdilər”
18.09.2019 “Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
08.08.2019 “Tarixin sürprizlərinə hazır olmalıyıq”
26.07.2019 “Vizanın ləğvi Türkiyə ilə əlaqələrimizi daha da möhkəmləndirəcək”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info