Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”
Tarix: 16.09.2019 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Avropa Komissiyasının yeni seçilmiş sədri Avropa üçün əsas təhlükələri açıqlayıb


“Xarici güclərin müdaxiləsi və millətçilər tərəfindən Avropanın daxilində stabilliyin pozulmasına cəhdlər Avropanın dayaqları üçün təhlükələr yaradır”. Bu fikirləri Avropa Komissiyasının yeni seçilmiş sədri Ursula fon der Lyayen açıqlayıb. Avropa Parlamentinin bəzi deputatları noyabrın əvvəlində rəsmi olaraq işə başlayacaq Avropa İttifaqının yeni rəhbərliyinin miqrasiya məsələsini sədr müavininin vəzifələri sırasına daxil edilməsinin narazılıqla qarşılayablar. Miqrasiya məsələsi Avropa Komissiyası sədrinin müavininin “Avropa yaşam tərzinin müdafiəsi” məsələsi kimi öhdəlikləri sırasına daxil edilib. Yaranan narazalıqdan sonra Jan-Klod Yunkerin varisi olan Ursula fon der Lyayen izahat verməyə məcbur olub. “Le Soir” nəşrinə açıqlama verən Avropa Komissiyasının yeni sədri deyib: “Avropa həyat tərzi gündəlik olaraq Avropanın əleyhdarları arasında müzakirə olunur - həm xaricdə, həm də bizim sərhədlərimiz daxilində. Xarici böyük güclərin bizim seçkilərə müdaxiləsini də, populistlərin aşağı əyarlı millətçi şüarlar vasitəsilə daxildə stabilliyi pozmaq cəhdlərini də gördük”. Avropa Komissiyasının sədri bəyan edib ki, həmin qüvvələr Avropa həyat tərzini dəyişməyə çalışırlar: “Onlar tədricən bizim dayaqlarımızı dağıtmağa, bizim aramızda nifaq salmağa çalışırlar. Buna müqavimət göstərməliyik”. Avropalı deputatların bir çoxu heab edir ki, Avropa Komissiyasının sədr müavinlərindən birinin bu məsələ ilə məşğul olması doğru deyil və miqrasiya məsələsi bir neçə komissar arasında bölünəcək. Miqrasiya problemi daxili siyasət və daxili işlər orqanlarını kurasiya edəcək Avropa komissarının kompetensiyasına daxil olacaq. Həmin posta əsas namizəd isveçin namizədi İlve Yoxansondur. Onu da qeyd edək ki, bu yaxınlarda ABŞ dövlət katibi Mayk Pompeonun Brüsellə səfəri oldu. Onun Bruseldə keçirdiyi görüşlərin çoxu bağlı qapılar arasında oldu və mətbuata geniş məlumatlar verilməldir. Ekspertlər hesab edir ki, bu görüşlərin əsas məqsədi Avropa İttifaqının yeni rəhbərliyi ilə əlaqələr qurmaq və onlara bəzi məsələləri “xatırlatmaqdır”.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Fransa ilə Yaponiya İrana kredit ayırmağı təklif edib
21.10.2019
ABŞ əsgərləri Suriyanın şimalından İraqın qərbinə yol alır
21.10.2019
“Biz neftin təhlükəsizliyini təmin etdik“
20.10.2019
Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
20.10.2019
Pentaqon rəhbəri “Taliban“ ilə görüşmək üçün Əfqanıstana gəlir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info