Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanası açılıb
Tarix: 16.09.2019 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Sentyabrın 16-da Lənkəran rayonu N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, şagird və müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimindən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. Açılış mərasimində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov yeni məktəb binasının istifadəyə verilməsi və tədris ilinin başlanması münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək, onlara uğurlar arzulayıb. Firudin Qurbanov ölkənin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Nazir müavini Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, təhsil sahəsində qazanılan uğurlardan söz açıb və yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, öz növbəsində, məktəbin müəllim və şagird kollektivini təbrik edib, son illərdə rayonda təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıb.
Daha sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, 432 şagird yerlik Lənkəran rayonu N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbində 384 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur. Yeni açılan məktəb binasında müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana yerləşir. Sonra Lənkəran Dövlət Universitetinin yeni tələbə yataqxanasının və 2 yeni tədris binasının açılış mərasimi keçirilib. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycanda təhsil sahəsi daim dövlətin diqqətindədir, Prezident İlham Əliyev təhsilin inkişafına qayğısını əsirgəmir. Nazir müavininin sözlərinə görə, son 15 il ərzində 3200 yeni məktəb binasının inşa olunması, ali təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, təhsilə maliyyə dəstəyinin gücləndirilməsi bu qayğının bariz nümunəsidir. Firudin Qurbanov tələbə yataqxanasının istifadəyə verilməsini yüksək dəyərləndirərək, bunun tələbələrin mənzil-məişət şəraitinin yaxşılaşmasına müsbət təsir göstərəcəyini deyib. Yeni tədris korpuslarının inşa olunmasının müəllimlərin iş, tələbələrin təhsil almaq şəraitinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyən Firudin Qurbanov ölkədə təhsilin inkişafı istiqamətində aparılan işlər barədə də ətraflı məlumat verib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov isə 2 yeni tədris binasının və 160 yerlik tələbə yataqxanasının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirərək bildirib ki, bu, tədrisin keyfiyyətinin yüksəlməsinə, kadr hazırlığına müsbət təsir göstərəcək, digər regionlardan gələn tələbələrin mənzil probleminin həllinə yardımçı olacaq. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər qonaqlar da çıxış edərək, tələbə yataqxanası və yeni tədris korpuslarının inşasının əhəmiyyətini vurğulayıblar. Daha sonra tədbir iştirakçıları tələbə yataqxanasında və tədris korpuslarında yaradılmış şəraitlə tanış olublar. Açılış mərasimlərindən sonra Firudin Qurbanov Lənkəran Dövlət Universitetinin professor-müəllim kollektivi ilə görüş keçirib. Görüşdə təhsillə bağlı məsələlər müzakirə edilib. Qeyd edək ki, 160 yerlik tələbə yataqxanasında hər cür şərait yaradılıb, otaqlar zəruri məişət avadanlıqları, fasiləsiz internetlə təmin olunub. Yataqxanada idman zalı, kitabxana və oxu zalı, informatika otağı, istirahət guşəsi tələbələrin ixtiyarında olacaq. Yataqxana binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Tədris korpusları da müasir tədris avadanlıqları, laboratoriyalarla təmin olunub, informatika kabinetləri, kitabxana, oxu və idman zalları yaradılıb. 2019-2020-ci tədris ilində Lənkəran Dövlət Universitetinə 1200-ə qədər bakalavr və 67 magistr qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib – FOTOLAR
20.10.2019
Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info