Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad olunub
Tarix: 16.09.2019 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 16-da keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) 1,5 il əvvəl təyin olunmuş rəhbəri Artur Vanetsyan vəzifəsindən azad edilib. O əlavə edib ki, müvafiq sərəncam yaxın günlərdə imzalanacaq. Paşinyan deyib ki, bu qərar Vanetsyanla keçirilən müzakirələrdən sonra və MTX direktorunun razılığı əsasında qəbul olunub. Erməni KİV-ləri xəbər verir ki, MTX-nin rəhbərinin sözlərinə görə, onun istefa qərarı “hazırkı və gələcək situasiyalarla bağlıdır”. Həmin situasiyalara aydınlıq gətirməyən Vanetsyan belə bir şəraitdə öz qərarını dövlətə xidmət kimi qiymətləndirib. O əlavə edib: “Mənim istefam insanı yuxudan ayıldan bir addımdır və mənə “dayan” deyir”. Müəmmalı istefanı şərh edən Paşinyan isə bildirib ki, MTX direktorunun fəaliyyətini qiymətləndirə bilməz, çünki bu vəzifə ictimai müzakirələrdən kənarda qalmalıdır. O qeyd edib ki, Vanetsyan bundan sonra futbol yığması ilə məşğul olacaq. Ekspertlər isə iddia edirlər ki, Ermənistanda “inqilab” komandası sürətlə parçalanır və bu, parlamentdəki “Mənim addımım” fraksiyasına da aiddir.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Rusiya azərbaycanlıları İttifaqının mərkəzi aparatı Sankt Peterburqa səfər təşkil edib
21.10.2019
Moldovada bələdiyyə seçkilərində sosialistlər qalib gəlib
20.10.2019
Fransada erməni redaksiyasına “hücum” edilib(?)
20.10.2019
ABŞ Rusiyanın “ən təhlükəli“ döyüş gəmisi haqqında
19.10.2019
Paşinyanin müttəfiqləri niyə narazidirlar?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info