İran və Türkiyə liderlərinin görüşü iki saatdan artıq davam edib
Tarix: 16.09.2019 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Sentyabrın 16-da Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 5-ci Sammiti çərçivəsində Ankarada səfərdə olan İran Prezidenti Həsən Ruhani ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında geniş tərkibdə və təkbətək görüşlər iki saatdan çox davam edib. Anadolu Agentliyi xəbər verir ki, mətbuat üçün qapalı keçirilən danışıqlarda Suriyadakı vəziyyət və ikitərəfli münasibətlər müzakirə olunub. Türkiyə Prezidenti hazırda Ankarada səfərdə olan rusiyalı həmkarı Vladimir Putin ilə də görüşəcək. Xatırladaq ki, bu gün Astana formatında keçiriləcək Zirvə görüşündə Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində yaranmış vəziyyəti müzakirə edəcəklər. Diplomatik mənbələrin məlumatına görə, üçtərəfli Sammitdə suriyalı qaçqınların öz evlərinə qayıtmaları üçün şəraitin yaradılması, davamlı sülhün təmin edilməsi və problemin siyasi həlli məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Bundan başqa, liderlərin təkbətək görüşlərində ikitərəfli əlaqələr, regional və beynəlxalq formatda əməkdaşlıq məsələləri də müzakirə olunacaq.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Moldovada bələdiyyə seçkilərində sosialistlər qalib gəlib
20.10.2019
Fransada erməni redaksiyasına “hücum” edilib(?)
20.10.2019
ABŞ Rusiyanın “ən təhlükəli“ döyüş gəmisi haqqında
19.10.2019
Paşinyanin müttəfiqləri niyə narazidirlar?
19.10.2019
Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info