“Qolos Armenii”: “Paşinyanın komandası ona saxta rəqəmlər verir”
Tarix: 16.09.2019 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


“Hakimiyyətə ötürülən rəqəmlərdə gizlədilməsi mümkün olmayan yalanlar əksini tapıb”

«Əlavə Dəyər Vergi (ƏDV) və gömrük rüsumlarından azad edilmə üçün hökumətin verdiyi güzəştlər bu il ölkəni 520 milyon dollar sərmayə ilə təmin etməlidir». «Sputnik Armenii» saytı xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə şəxsi «Facebook» səhifəsində yazıb.
Paşinyanın yazdığına görə, ötən 2018-ci ilin yanvar-avqust aylarında 12 investisiya proqramının ƏDV ödənişlərindən azad edilməsi nəticəsində ölkədə 813 iş yerinin yaradılması planlaşdırılır. Ötən il 19 investisiya proqramının gömrük rüsumlarından azad edildiyini bəyan edən erməni baş nazir bunun Ermənistana 44,6 milyard dram (93 milyon dollar) gəlir, 1271-dən artıq isə iş yerinin yaradılmasına təkan verəcəyini bildirir.
Maraqlıdır ki, Paşiynanın «Facebook» qeydlərinə münasibət bildirən «Qolos Armenii» saytı baş nazirin ölkədə həyata keçirdiyi son iki proqramın icrası nəticəsində il ərzində investisiya artımının 212 faiz təşkil etdiy barədə, ümumiyyətlə, ölkədə 1263 iş yerinin açılacağı barədə dediklərini sanki «cəfəngiyyat» adlandırmaqdan özünü güclə saxlayır. Qeyd edilməlidir ki, Paşinyanın dediklərinə reaksiya bildirməmənin mümkünsüzlüyünü etiraf edən sayt Nikolun bu istəyini «həqiqətin gerçək kimi təqdim edilməsinin klassik bir nümunəsi» olduğunu bildirir: «Beləliklə, baş nazirin qeydlərinə görə, Ermənistana yaxın vaxtlarda milyardlarla dəyərində investisiya və ya dolların daxil olacağı ilə yanaşı, minlərlə iş yerlərinin açılması gözlənilir. Əslində, gözlənilir yox, baş nazir «ehtimal olunur» bildirsəydi daha yaxşı olardı».
Ölkədəki artımın artıq 212 faizə yaxınlaşdığını və hətta onu keçmək ehtimalının olduğunu Paşinyanın qeydlərində «kəşf» edən erməni saytı «bunun Nikolun komandasında necə alındığına» təəccübünü gizlədə bilmir: «Əgər Ermənistandakı artım, artıq 212 faizə çatıbsa, deməli, bunu 300 faiz eləmək Paşinyan komandası üçün elə də bir çətinlik yarada bilməz».
Bu göstəricilərin baş nazirə kimlər tərəfindən ötürüldüyü barədə xəbərsiz olduğunu gizlətməyən sayt, bununla belə, «bunlar hər kimdirsə, açıq şəkildə Nikol Paşinyana xəyanət edən şəxslərdir» etirafını edir: «Çünki Paşinyana ötürülən bu rəqəmlərdə həm insan cahilliyi, həm də gizlədilməsi mümkün olmayan bir-çox yalanlar əksini tapıb. Bundan başqa, bu rəqəmləri Nikola ötürənlər bir şeyi- Paşinyanın Ermənistandakı “tərəqqi” barədə dediklərini, təkcə ibtidai sinif şagirdlərinin oxumadıqlarını unudurlar. Axı bu gün faizi necə hesablamağı bacaran insanlar az da olsa, ölkədə mövcuddur».
Əslində, erməni baş nazirin vaxtilə xalqa verdiyi vədlərin, heç olmasa, müəyyən qisminin realalşmasını istəyən sayt yazır: «Səmimi deyək ki, hökumət və onun səlahiyyətlilərinin vaxtaşırı olaraq ziddiyyətli göstəriciləri cəmiyyətə necə «cəsarətlə» təqdim etdiyini, ümumiyyətlə, iqtisadiyyat və statistikada tanınan qanunların necə məhv edildiyini görəndə ümidlər dərhal dağılır. Paşinyan və onun ətrafına xatırlatmaq lazımdır ki, siz hələ də dəqiqliyi tələb edən bir iqtisadiyyat haqqında danışarkən, düşüncələrininzlə xalqı aldatmağa çalışırsınız».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Rusiya azərbaycanlıları İttifaqının mərkəzi aparatı Sankt Peterburqa səfər təşkil edib
21.10.2019
Moldovada bələdiyyə seçkilərində sosialistlər qalib gəlib
20.10.2019
Fransada erməni redaksiyasına “hücum” edilib(?)
20.10.2019
ABŞ Rusiyanın “ən təhlükəli“ döyüş gəmisi haqqında
19.10.2019
Paşinyanin müttəfiqləri niyə narazidirlar?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info