Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib
Tarix: 16.09.2019 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


16 sentyabr 2019-cu il tarixdə, Bilik Günü münasibətilə Masallı rayonunda üç yeni məktəb binası istifadəyə verilib. Bu münasibətlə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira Axundova, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov,Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və digər məsul işçilərin iştirak etdiyi tədbirlərdə məktəb müəllimlərinin, şagird heyətinin, valideynlər və birincilərin sevinci hədsiz olub.
Əvvəlcə rayonun Gəyəçöl kəndindəki şəhid Nicat Həsənov adına tam orta məktəb binasının açılış mərasimi olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.
Açılış mərasimində çıxış edən Respublika Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli QədirovAzərbaycan xalqının ümummilli liderin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğulayıb. O, bildirib ki, artıq Azərbaycan təhsil sistemi yeni inkişaf dövrünə qədəm qoyub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamı və inkişaf meyarıdır.
Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində bu il ölkədə 84, eləcə də son illər Masallı rayonunda 50 məktəb binası tikilib və ya əsaslı təmir edilərək şagird və müəllimlərin istifadəsinə verilib.
Təhsil müəssisələrində təlim-tərbiyə işlərinin təşkili, valideyn-müəllim münasibətlərinin tənzimlənməsindən bəhs edən F.Qədirov ötən ilə nisbətən bu tədris ilinin nəticələrinə görə Masallı təhsilində irəliləyiş nəzərə çarpacaq dərəcədədir.
O,mərasim iştirakçılarını Bilik Günü münasibətilə təbrik edib, müəllim və şagirdlərə uğurlar arzulayıb.
Kənd ağsaqqalı Vaqif Şükürov, gənc müəllim Kübra Həsənova, valideyn Fəridə AslanlıMasallı təhsilinə göstərilən yüksək qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər.
Sonra məktəbin rəmzi açılışını bildirən lenti kəsilib. Sinif otaqlarına baxış keçirilib. İnşasına ötən ilin avqustundan başlanılan iki mərtəbəli yeni məktəb binası 264 şagird yerlik üç korpusdan ibarətdir. Müasir tələblər əsasında tikilən məktəb binasında tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılıb. Ümumilikdə 35 otaqdan ibarət olan məktəbdə 11 sinif otağı, fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, akt və idman zalları, yeməkxana və s. fəaliyyət göstərəcək.
Daha sonra rayonun Yavər Ağayev adına Bala Təklə (96 şagird yerlik) və Şıxlar 2 nömrəli (56 şagird yerlik) ümumi orta məktəbləri üçün tikilənmodul tipli binaların açılışı olub.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, yeni məktəbdə təhsilin keyfiyyəti də yüksək olmalıdır.O, mərasim iştirakçılarına ən xoş arzularını çatdırıb. Çıxışında son illər ölkədə, eləcə də Masallıda yeni məktəblərin tikilməsini və əsaslı təmir olunmasını diqqətə çatdıran F.Qədirov təhsildə keyfiyyət göstəricilərinin yüksəlməsini bu vacib sahəyə dövlət qayğısının fərəhli nəticəsi kimi qiymətləndirib, yeni məktəblərdə uğurların daha da artacağına inandığını bildirib.
Hər iki kənddəki açılış mərasimlərində çıxış edənlər – ağsaqqallar Əlifağa İbrahimov, Canəli Camalov, valideyn Xanım Cəbrayılova, müəllim Dilarə Həşimova yeni tikilən təhsil ocaqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qonaqların iştirakı ilə məktəblərin rəmzi açılışını bildirən lent kəsilib, sinif otaqlarına baxış keçirilib.

Əlihüseyn Şükürov,
Akif Ağayev




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info