Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
Tarix: 16.09.2019 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Sentyabrın 16-da Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda iki yeni uşaq bağçası istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycandilli məktəbəqədər müəssisələr rayonun Kalinin inzibati ərazi vahidliyinin Birlik kəndində və Azərbaycanla sərhəd zonasında yerləşən Candar kəndlərində istifadəyə verilib. Açılış mərasimində Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, parlamentin deputatı Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər. Bildirilib ki, Birlik kəndində bu günə qədər uşaq bağçası keçmiş sovetlər dövründə olub. Əhalinin artan tələbatını nəzərə alaraq Qardabani Rayon İcra Hakimiyyəti hökumətin regionların inkişafına dair proqramı çərçivəsində kənddə yeni uşaq bağçasının tikintisi barədə qərar qəbul edib.
Tikintisi bu günlərdə başa çatdırılmış ikimərtəbəli yeni uşaq bağçası ümumilikdə 90 uşaq üçün nəzərdə tutulub. Hazırda isə müəssisədə 60 uşaq təlim-tərbiyə olunur. Onların təlim-tərbiyəsi ilə 30 müəllim məşğul olacaq. Rayonun Candar kəndində istifadəyə verilən yeni bağçada isə iki qrupda 60 uşaq təlim-tərbiyə olunacaq. Binada bundan öncə rayon icra hakimiyyətinin yerli nümayəndəliyi yerləşib. Sonradan rayon icra hakimiyyətinin qərarı ilə bina yenidən qurulub və uşaq bağçası kimi yenidən istifadəyə verilib. Səfir Dursun Həsənov, qubernator Şota Rexviaşvili, deputat Savalan Mirzəyev kən ictimaiyyətinin nümayəndələrini təbrik edib, onların qayğıları ilə maraqlanıb, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıq və tövsiyələr veriblər.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info