“Azərbaycanın Dostları“ adlı sosial şəbəkə istifadəyə verilib
Tarix: 16.09.2019 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Tanınmış pakistanlı aparıcı, siyasi analitik Malik Ayyub Sumbalın təşəbbüsü ilə "Azərbaycanın Dostları" (FOA) adlı sosial şəbəkə istifadəyə verilib. Həmfikir insanların sosial şəbəkəsi olan "Azərbaycanın Dostları" müxtəlif sosial, mədəni və innovativ tədbirlər və fəaliyyətlər vasitəsilə bütün dünyada Azərbaycanın müsbət imicini və diplomatiyasını əks etdirən layihələr başladıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın həqiqi dostlarından ibarət olan belə bir mütərəqqi və aktiv sosial şəbəkənin yaradılması ideyası il yarım Bakıda yaşamış dünya şöhrətli geosiyasi analitik və mükafat qazanan jurnalist Malik Ayyub Sumbal tərəfindən irəli sürülüb. O, Bakıda olduğu zaman Azərbaycan xalqını, mədəniyyətini və ölkəsini çox yaxından izləmək şansı qazanıb. Pakistanlı jurnalist burada qaldığı müddətdə ölkəmizin ucqar ərazilərini gəzib və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən infrastrukturun inkişaf etdirilməsinə heyran olub. Malik Ayyub Sumbal, həmçinin Prezident İlham Əliyevin baxışlarına əsaslanan, Şərqlə Qərb arasında balanslaşdırılmış xarici siyasət doktrinası üzərində işləyən ölkə rəhbərliyinə də heyran qalıb. O bildirib ki, “Azərbaycanın Dostları” dünyanın müxtəlif ölkələrində yerli bölmələr yaratmağı planlaşdırır. “Azərbaycanın bütün dostlarını bir çətir altında birləşdirməyə çalışırıq. Azərbaycan möhtəşəm insanların diyarı olan böyük bir ölkədir”, - deyə jurnalist qeyd edib. Malik Ayyub Sumbal Azərbaycanın saf cəmiyyətin və səmimi insanların ölkəsi olduğunu vurğulayaraq deyib: “Azərbaycanla münasibətlərim yalnız səmimiyyətə əsaslanır. Bu ölkədə 2016-cı ildə qısa müddətə getdim, amma Azərbaycan xalqının sevgisi, məhəbbəti və hörməti bu gözəl odlar diyarındakı səfərimi il yarım daha uzatdı”. Malik Ayyub Sumbal əlavə edib ki, 2015-ci ildə Myanmanın Yanqon şəhərində görüşdüyü Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev tərəfindən Azərbaycana dəvət edilib. O gündən etibarən Azərbaycanla münasibətlər daha da möhkəmlənib. O qeyd edib ki, Bakıda olanda özünü evindəki kimi hiss edir. Vurğulayıb ki, “Azərbaycanın Dostları” bütün dünyada Azərbaycan üçün dost səsi olacaq. Qeyd edək ki, dünya şöhrətli geosiyasi analitik və teleaparıcı Malik Əyyub Sumbal 15 ildən artıq peşəkar jurnalist təcrübəsinə malikdir. O, 2012-ci ildə “Syracuse University Mirror" mükafatına layiq görülüb. Sirakuz Universitetinin “Güzgü” beynəlxalq media mükafatının və bir çox müsabiqələrin qalibidir. “Eurasia Diary” və “Caspian Times” media qurumlarını özündə birləşdirən “Avrasiya Media Şəbəkəsi”nin baş redaktoru vəzifəsində çalışmış Malik Ayyub Sumbal “Əl-Cəzirə”, “CGTN”, “Asia Times”, “Gulf News”, “The Diplomat”, “CNN”, “Daily Sabah” və s aparıcı media qurumlarının şərhçisidir.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info