Sivil meydanı qoyub, anti-konstitusion üsulları seçənlər...
Tarix: 16.09.2019 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Bir neçə gün öncə Bakıda hakim Yeni Azərbaycan Partiyası və digər siyasi partiyaların, media, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə "dəyirmi masa" keçirildi. “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda olan belə toplantının, "dəyirmi masa"nın keçirilməsini müxalifət partiyaları təqdir etsələr də hər şeyə qara eynəklə baxan Əli Kərimli öz ampluasında qaldı. Ümumiyyətlə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və onun uzun illərdir ki, dəyişməz qalan rəhbəri Əli Kəriminin ətrafında olan müxalifətçilər bu cür sivil, konstitusion davranışlar, əməllər və fəaliyyətlərdən daim kənarda dayanıblar. Təbii ki, tədbirə qatılan partiya nümayəndələri və rəhbərlərinin tənqid və təkliflərinin də dinlənildiyi həmin məkanda AXCP də təmsil oluna bilərdi. Amma radikallığı ilə seçilən partiya bu tədbirdən çox keçmədən mitinq qərarı verdi. “Milli şura” adına verilən bu qərarın arxasında Əli Kərimlinin dayanması isə şübhə doğurmur.
Əvvəla, sivil mübarizə üsulu, bu cür debatlarda təmsil olunmaq əvəzinə, anti konstitusion yolları seçən bir partiya belə "dəyirmi masa"lara dəvət almasa yaxşıdır. İkincisi isə bu tədbirin mahiyyəti nə idi ki, cəbhəçilər bu cür tədbiri “bəyənmədilər”? Tədbirin sonunda qəbul edilmiş bəyanatda da qeyd edildiyi kimi “dəyirmi masaya” qatılanlar beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə həmrəylik göstərəcəklər. Həmrəylikdənmi qorxur AXCP və ya “milli şura” adlı qondarma qurum? Yoxsa ölkəmizin nüfuzunun yüksəldilməsini istəmir?
Partiyalar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində, hərb yolu da daxil olmaqla, atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəklərini bəyan ediblər. Bunun nəyi pisdir? Əli Kərimlini nə narahat edir, bu ümummilli məsələdə?
Onlar siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə etdilər, ölkədə həyata keçiriləcək islahatları dəstəklədiklərini, ardıcıl və davamlı olmasını vacib saydılar.
Sosial islahatlar vətəndaşların rifah halının yüksəldilməsinə hesablandığı üçün, görünür, bu amil də radikallara sərf etmirdi... Tədbir iştirakçıları, həmçinin ortaq məxrəcə gələrək siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda, davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırdılar.
Bu da AXCP və onlara tay olan mühacir dəstələrə sərf etməyən amildir. Onlar bu məsələdə də həmrəylik göstərə bilməzdilər. Çünki “çörəkləri” təhqirdən, dezinformasiyadan çıxır axı.
Yəni bütün bu kimi sivil ünsiyyət vasitəsini, həmrəyliyi, açıq meydanı qoyub, aksiya, mitinqlər qərarı vermək ancaq Əli Kərimli və dəstəsinin ağlına gələ bilərdi ki, bunu da etdilər.
Bundan başqa, KXCP və Müsavat partiyaları da toplantıya dəvət almışdılar ki, onlar da imtina qərarı verdilər. Cəmiyyətin də marağında olan bu toplantıda iştirak etməmək qərarı verən bu iki partiya, əslində, öz aləmlərində doğru qərar verdiklərini düşünsələr də müxalifət adına anormal bir addım atdılar. Guya ADP sədri Sərdar Cəlaloğlundan daha sərt tənqidlər edirlər, mövqe sərgiləyirlər? Əlbəttə, yox. Azərbaycanda radikal müxalifətin “rəngi eynidir!”. Hər hansı bir tərəfə fırlanıb, daha güclü, real müxalifət və ya ağıllı müxalifət olduqlarını göstərsələr də hamısının sosial bazası da eynidir, sözləri də, mövqeləri də mübarizə üsulu da... Ona görə də, nə mitinq qərarı, nə boykot, nə də digər anormal üsullar onları cəmiyyətin gözündə qaldırmayacaq.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
08.07.2020
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
08.07.2020
Milli Şuranın “zoom-konfransın”dan növbəti görüntü yayılıb - VİDEO
07.07.2020
Dövlət əlindən gələni edir ki, bu vəziyyətdən az itkilərlə çıxa bilək
07.07.2020
Siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün görüş keçirilib
05.07.2020
Prezidentin tarixi təşəbbüsü beynəlxalq miqyasda yüksək qiymətləndirildi

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
2 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
3 Asan plov -VİDEO
4 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
5 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info