“Saudi Aramco“ya qarşı hücumda İraq ərazisindən istifadə edilməyib“
Tarix: 16.09.2019 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramcoya" aid obyektlərə hücumda İraq ərazisindən istifadə edilmədiyini söylədi.

İraq Nazirlər Kabinetinin Mətbuat Ofisi baş nazir Adil Əbdülmehdi ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında baş tutan görüşünün təfərrüatlarına dair yazılı açıqlama yaydı.
Açıqlamada Əbdülmehdi və Pompeonun görüşdə iki ölkə arasında olan münasibətlərləri və Səudiyyə Ərəbistanının milli neft şirkətinə olan hücumu müzakirə etdikləri bildirildi.
Açıqlamaya görə Pompeo: "Əlimizdə olan məlumatlar İraq hökumətinin "Saudi Aramco"ya aid obyektlərə qarşı hücumda İraq ərazisindən istifadə edilmədiyi ilə bağlı açıqlamasını təsdiqləyir" ifadəsini işlədib.
Qeyd edək ki, İraq hökuməti sözügedən hücumda ölkə ərazisindən istifadə edilməsi ilə bağlı iddianı təkzib edib.
Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya aid 2 obyektdə şənbə günü yerli vaxtla saat 04.00-da silahlı uçan aparatla edilən hücumlardan sonra yanğın olub.
Hadisədə ölən, və ya yaralanan olmayıb. Hücumla bağlı hər hansı bir tərəf günahlandırmayıb. Hücuma görə məsuliyyəti Husilər üzərinə götürüb.
Yəməndə İranın dəstək verdiyi Husilər son zamanlar əsasən Səudiyyə Ərəbistanının hava müdafiə sistemi tərəfindən zərərsizləşdirilən orta və uzun mənzilli balistik raketlərlə yanaşı silahlı uçan aparatla ölkənin bəzi bölgələrini hədəf alırlar.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
“Qarabağ vulkana bənzəyir, püskürməsi əsl fəlakət ola bilər”
20.10.2019
Avropada aksiyalara hansı halda icazə verilir?
20.10.2019
Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi
20.10.2019
Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir
20.10.2019
Ölkədə qarşıdurma yaratmağa cəhd edən radikal müxalifət növbəti dəfə xalq tərəfindən boykot edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info