“Həsən Ruhani və Donald Trump görüşü gündəmdə yoxdur“
Tarix: 16.09.2019 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musevi prezident Həsən Ruhani və ABŞ prezidenti Donald Tramp görüşünün gündəmdə olmadığını söylədi.


İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musevi prezident Həsən Ruhani və ABŞ prezidenti Donald Trump görüşünün gündəmdə olmadığını söylədi.

Musəvi bunu paytaxt Tehranda təşkil etdiyi mətbuat konfransında deyib.
Sözçü prezident Ruhaninin bu ayın sonunda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin iclasları üçün ABŞ-a gedəcəyini, bu ölkənin sanksiya sihayısına salınan xarici işlər naziri Məhəmməd Cevad Zarifin də şərtlər uyğun olacağı təqdirdə onu müşayiət edəcəyini söyləyib.
Ruhani ilə Trumpın Nyu-Yorkda görüş keçirə biləcəyinə dair beynəlxalq mediada yayılan xəbərlərə münasibət bildirən Musəvi "Mən bu xəbərləri təsdiqləmirəm. Belə bir proqram gündəmdə yoxdur, Nyu-Yorkda bu görüşün baş tutacağını da düşünmürəm” deyib.
Musəvi "Cənab Ruhaninin dediyi kimi, fotosessiya üçün danışıqlar aparmırıq. Görüş konkret nəticələr verməlidir. Əvvəl də dediyimiz kimi, ABŞ nüvə razılaşmasına qayıdarsa və iqtisadi terrorizmə son qoyarsa, Nüvə Sazişi Birgə Komissiyasına qoşula və tələblərini dilə bilər." ifadəsini işlədib.
ABŞ rəhbərliyinin Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda İranı ittiham etməsinə də toxunan Musəvi "ABŞ rəsmilərinin İrana qarşı “maksimum yalan” siyasətinə uyğun olaraq irəli sürdüyü bu iddialar əsassız və qəbuledilməzdir." deyib.
Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyində İran prezidenti Həsən Ruhani və Rusiya Federasiyası prezidenti Vladimir Putinin iştirakı ilə paytaxt Ankarada bu gün keçiriləcək zirvə görüşünə gəldikdə isə, "Ümid edirəm ki, bu görüş Suriya xalqı və bölgə üçün yaxşı nəticələr verəcəkdir” deyə bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
“Qarabağ vulkana bənzəyir, püskürməsi əsl fəlakət ola bilər”
20.10.2019
Avropada aksiyalara hansı halda icazə verilir?
20.10.2019
Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi
20.10.2019
Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir
20.10.2019
Ölkədə qarşıdurma yaratmağa cəhd edən radikal müxalifət növbəti dəfə xalq tərəfindən boykot edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info