Türkiyənin Vitse-prezidenti Fuat Oktay “ASAN xidmət“ mərkəzi ilə tanış olub
Tarix: 16.09.2019 | Saat: 22:30:00 | E-mail | Çapa göndər



Sentyabrın 16-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılmasının məqsədləri, fəaliyyət istiqamətləri, innovasiyaların tətbiqi barədə məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımdan "ASAN xidmət"in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bu günədək 33 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.
Görüşdə agentlik ilə qardaş ölkənin müvafiq qurumları arasında uğurlu əməkdaşlıqdan bəhs olunub və "ASAN xidmət" modelinin Türkiyədə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Diqqətə çatdırılıb ki, iyunda Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi və elektron hökumət sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. Həmçinin həmin forum çərçivəsində dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb. Türkiyə Respublikasının da tərəfdaş olduğu assosiasiyanın yaradılması ilə dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə unikal əməkdaşlığın qurulması, müvafiq sahədə səmərəli idarəetmə üzrə müasir çağırışları və vacib problemləri müzakirə etmək üçün ekspertlərin, mütəxəssislərin institusional şəbəkələşməsinin yaradılması nəzərdə tutulur.
Qonaq, həmçinin "ABAD" publik hüquqi şəxs, "ASAN Radio" və "ASAN Təlim-Tədris Mərkəzi"nin fəaliyyəti ilə tanış olub.




 
Bölməyə aid digər xəbərlər
08.07.2020
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
08.07.2020
Milli Şuranın “zoom-konfransın”dan növbəti görüntü yayılıb - VİDEO
07.07.2020
Dövlət əlindən gələni edir ki, bu vəziyyətdən az itkilərlə çıxa bilək
07.07.2020
Siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün görüş keçirilib
05.07.2020
Prezidentin tarixi təşəbbüsü beynəlxalq miqyasda yüksək qiymətləndirildi

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
2 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
3 Asan plov -VİDEO
4 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
5 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info