Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
Tarix: 17.09.2019 | Saat: 01:49:00 | E-mail | Çapa göndər



Bu gün Misirlə Azərbaycan arasında ikitərəfli münasibətlər çox yüksək səviyyədədir və ölkələrimizin hər sahədə əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Misir parlamentinin Nümayəndələr Palatasının sədrinin birinci müavini əl-Sayed Mahmud əl-Şərif deyib.
O qeyd edib ki, tarixi qədim dövrlərə söykənən Misir-Azərbaycan ikitərəfli əlaqələri bütün sahələrdə sürətlə inkişaf edir və genişlənməkdədir.
İki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdiyini deyən Misir Parlamentinin sədrinin birinci müavini qeyd edib ki, son illər ərzində iki ölkə arasında turist mübadiləsinin artması, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin intensivləşdirilməsi, həmçinin iqtisadiyyat, mədəniyyət, din və təhsil sahələrindəki əlaqələrin dərinləşməsi Azərbaycanla Misir arasında tərəfdaşlığın möhkəmləndirilməsi və xalqlarımızın daha da yaxınlaşmasının bariz nümunəsidir.
Əl-Sayed Mahmud əl-Şərif iki ölkənin parlamentləri arasındakı əlaqələri də yüksək qiymətləndirib və Parlamentlərarası dostluq qrupunun fəaliyyəti çərçivəsində görülən işlərin əməkdaşlığın dərinləşməsindəki rolunun əhəmiyyətini vurğulayıb.
Misirin qanunvericilik orqanının rəsmisi həmçinin noyabr ayında nəzərdə tutulan dünyanın dini liderlərin qatılacağı konfransda iştirak etmək üçün Azərbaycana səfər edəcəyini açıqlayıb. O, bu vacib tədbirın, ondan qabaq Bakıda keçirilən bütün beynəlxalq irimiqyaslı tədbirlər kimi, ən yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib və bu konfransın sivilizasiyalararası və dini dialoqun möhkəmləndirilməsinə böyük töhfələr verəcəyini diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Türk Şurasında inteqrasiya prosesləri regionun iqtisadi artımına xidmət edir
20.10.2019
Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20.10.2019
Avstraliyalı deputat Azərbaycan icmasının məktubuna cavab verib
19.10.2019
Kuba prezidenti Azərbaycana səfər edəcək
19.10.2019
Fransa məhkəməsinin separatçılarla imzalanmış “sazişi” ləğv etməsini alqışlayırıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info