“İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik”
Tarix: 17.09.2019 | Saat: 09:30:00 | E-mail | Çapa göndər


Türkiyə, Rusiya, İran prezidentlərinin Ankarada keçirilən Suriya Zirvə görüşü başa çatdıqdan sonra hər üç lider mətbuat konfransı keçirib.
Zirvə görüşünün nəticələri haqqında məlumat verən Rəcəb Tayyib Ərdoğan deyib ki, hər 3 ölkənin məqsədi Suriyanın ərazi bütövlüyünün qorunması, bölgədə sabitliyin bərpası, münaqişənin həll yollarının tapılmasıdır. Zirvə görüşündə Suriyadakı siyasi keçid prosesi, ölkədə yaradılacaq Konstitusiya Komissiyası ilə bağlı nəticələr, Suriyadakı təhlükəsiz bölgənin yol xəritəsi, qaçqınların evlərinə qayıtması və ölkədəki dağıntıların bərpası mövzularının hərtərəfli müzakirə olunduğunu deyən Türkiyə prezidenti suriyalılar üçün yaxın gələcəkdə uğurlu addımların atılacağına əmin olduğunu deyib.
R.T.Ərdoğan deyib ki, Türkiyə Suriya ilə sərhədində terrorun kökünün kəsilməsi üçün bütün səylərini davam etdirməkdə israrlıdır: “Suriyada təhlükəsiz bölgə mövzusunda ABŞ-la 2 həftə içində anlaşmamız olmasa, Türkiyə öz hərəkət planını tətbiq edəcək”.
İran prezidenti Həsən Ruhani deyib ki, hər üç ölkənin rəhbəri Suriya ilə bağlı əksər məsələdə eyni fikirdə olduğu qənaətindədir. ABŞ-ın Suriyada terrorçuları dəstəklədiyindən və bunun qəbulolunmazlığından danışan Həsən Ruhani İdlibdə terror qüvvələrinin daha da gücləndiyini vurğulayıb və buna qarşı birgə mübarizənin önəmindən danışıb. O, Fərat çayının şərqində ABŞ-ın nəzarətində terrorçuların vüsət aldığını və bu məsələdə məqsədin Suriyanı parçalamaq cəhdləri olduğunu deyib.
Vladimir Putin Suriya üçün Konistitusiya Komitəsi ilə bağlı fəaliyyətin sürətlənməsinin önəmindən danışıb. Hər üç ölkənin Suriyanın ərazi bütövlüyünün dəstəklənməsində həmfikir olduğunu deyən Rusiya prezidenti İdlibdə gərginliyin azaldılması üçün əlavə addımların atılacağını deyib. O, İdlib müqaviləsinin terror təşkilatları ilə heç bir əlaqəsi olmadığını bildirib. /apa/




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
“Qarabağ vulkana bənzəyir, püskürməsi əsl fəlakət ola bilər”
20.10.2019
Avropada aksiyalara hansı halda icazə verilir?
20.10.2019
Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi
20.10.2019
Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir
20.10.2019
Ölkədə qarşıdurma yaratmağa cəhd edən radikal müxalifət növbəti dəfə xalq tərəfindən boykot edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info