PA rəsmisi: Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər
Tarix: 17.09.2019 | Saat: 13:09:00 | E-mail | Çapa göndər


BMT Baş Assambleyasının sentyabr ayında Nyu Yorkda keçiriləcək sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri görüşə bilər. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "Əsrin müqaviləsi"nin imzalanmasına dair keçirilən seminarda deyib. H.Hacıyev bildirib ki, Ermənistan tərəfindən danışıqlar prosesinə ciddi zərbələr vurulur və danışıqlar prosesinin pozulması istiqamətində təxribatçı addımlar atılır. Ona görə də qarşıdan gələn görüşdə Azərbaycan tərəfinin mövqeyi hərmsədrlərə də, Ermənistan tərəfinə də çatdırılacaq. BMT Baş Assambleyasının ABŞ-ın Nyu-York şəhərində keçiriləcək 74-cü sessiyasında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Nazirin sentyabrın 28-da çıxışı da nəzərdə tutulur. Qeyd edək ki, BMT-nin 74-cü sessiyası sentyabrın 17-də başlayacaq. Əsas müzakirələr isə sentyabrın 25-dən etibarən keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlərin andiçmə mərasimi keçirilib - VİDEO
06.06.2020
“Tarixi reallıqları deməkdən çəkinməməliyik“
05.06.2020
“Onsuz da çətin vəziyyətdəyik“
05.06.2020
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
05.06.2020
“Prezidentin çıxışı siyasi və tarixi cəsarət idi”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info