“Jewish Journal”: Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir
Tarix: 17.09.2019 | Saat: 13:23:00 | E-mail | Çapa göndər


1991-ci ilədək sayı 5 mindən çox olan Ermənistanın yəhudi icması indi cəmi 100 nəfərdən ibarətdir

Ümidvaram ki, Los-Ancelesin 600 minlik yəhudi icması Paşinyanın səfəri ilə bağlı, həmçinin “çox gözəl Los-Anceles şəhərini təhqir edən bu iyrənc və rüsvayçı akta” qarşı öz etirazını ifadə edəcək

Amerikanın “Jewish Journal” nəşri Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milih Yevdayevin “Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir” sərlövhəli məqaləsini dərc edib. AZƏRTAC xəbər verir ki, M.Yevdayev öz məqaləsində sentyabrın 22-də Ermənistanın baş naziri Nikol Paşinyanın Los-Anceles bələdiyyəsinin binası qarşısında yerləşən Qrand-Parkda federal, dairə və şəhər məmurlarının müşayiəti ilə çıxış edəcəyini yazıb. Qrand-Park Los-Anceles dairəsi və şəhər administrasiyasının birgə idarə etdikləri ictimai məkandır. Müəllif yazır ki, bu cür şərait xarici ölkənin başçısı üçün ilk dəfədir yaradılır. Əgər Ermənistan Birləşmiş Ştatların həqiqi müttəfiqi və demokratik dəyərlərə sadiq ölkə olsaydı, burada təəccüblü heç bir şey olmazdı. Lakin bu, heç də belə deyil.
M.Yevdayev qeyd edir: “1991-ci ildə müstəqillik əldə etdiyindən bəri Ermənistan Cənubi Qafqaz regionunda və beynəlxalq arenada ABŞ-ın maraqlarına daim zidd olan xarici siyasət yürüdür”.
Daha sonra qeyd olunur ki, Ermənistan bu gün də nasist-kollaborasionistlərin mədhi siyasətini davam etdirir. Ermənistanın paytaxtı Yerevanın mərkəzində erməni mənşəli nasist general Qaregin Njdeyə böyük heykəl ucaldılıb. Heykələ əlavə olaraq, Yerevanda milli qəhrəman hesab edilən Njdenin adına meydan və metro stansiyası verilib, onun “irsi” isə Ermənistanın dövlət məktəblərində uşaqlara tədris edilir. Njde Vermaxtın “erməni legionu” komandirlərindən biri kimi nasistlərlə əməkdaşlıq edib. Bu hərbi hissə Krımda, Qafqazda və Fransanın cənubunda döyüşüb. Hərbi cinayətlərinə və nasistlərlə əməkdaşlıq etdiyinə görə sovet məhkəməsi ona 25 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Müəllif yazır ki, Ermənistan digər erməni nasist generalı – Drastamat Kanayanı da (həmçinin general Dro adı ilə tanınır) mədh edir. Ermənistan hökuməti Drastamat Kanayan adına Milli Strateji Tədqiqatlar İnstitutu da yaradıb, müdafiə nazirliyi isə onun adından hərbi qulluqçuları və hərbi təlimlərdə müvəffəqiyyət qazanmış mülki şəxsləri təltif etmək üçün medal təsis edib.
M.Yevdayev əlavə edib ki, Ermənistanda antisemitizm meyilləri də güclənir. Təsadüfi deyil ki, məhz bu səbəbdən 1991-ci ilədək sayı 5 mindən çox olan Ermənistanın yəhudi icması indi cəmi 100 nəfərdən ibarətdir.
Bundan başqa, Ermənistan bütün dünyada Azərbaycan ərazilərinin böyük bir hissəsini qanunsuz və hərbi yolla işğal edən ölkə kimi tanınır. Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazır deyil. Əksinə, onun ilk addımlarından biri öz oğlunu işğal altında olan Qarabağ bölgəsində hərbi xidmətə göndərmək olub. Ötən ay isə baş nazir hətta Azərbaycanın işğal olunmuş həmin ərazisinin Ermənistana ilhaq ediləcəyinə eyham vurub.
Məqalənin sonunda Yevdayev ümidvar olduğunu bildirib ki, Los-Ancelesin 600 minlik yəhudi icması Paşinyanın səfəri ilə bağlı, həmçinin “çox gözəl Los-Anceles şəhərini təhqir edən bu iyrənc və rüsvayçı akta” qarşı öz etirazını ifadə edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Özbəkistan qəzetində Azərbaycana dair materiallar dərc edilib
22.10.2019
Армянское лобби в США против Трампа и за тотальный сепаратизм
22.10.2019
Еврейская женщина впервые вышла в открытый космос (VIDEO)
21.10.2019
Мирзиёев поручил переименовать одну из улиц Ташкента в честь Айтматова
19.10.2019
Израильский кяманчист Марк Элияху готовится к туру по Азербайджану (VIDEO)

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info