Vilayət Eyvazov tapşırıq verdi
Tarix: 17.09.2019 | Saat: 13:51:00 | E-mail | Çapa göndər


Cinayətkar qruplaşmaların yeni metodlardan - internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə icrası zəruri tədbirlər barədə konkret tapşırıqlar verilib

Sentyabrın 16-da Daxili İşlər Nazirliyində (DİN) “Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılması”nın, həmçinin “Polis sahə rəisləri və inspektorları tərəfindən inzibati qanunvericiliyin tətbiqi sahəsində görülmüş işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin aktuallığını, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm istiqamətləri əhatə etdiyini diqqətə çatdırıb. Daxili İşlər naziri gündəlikdəki məsələlər üzrə görülən işlərin ümumilikdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdıraraq onların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib. İlk növbədə, cari ilin ötən dövründə bir tona yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını bildirən nazir bu sahədə fəaliyyətin nəticələrinin tam qənaətbəxş olmadığını, antinarkotik təbliğatın gənclər arasında, təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyi, xüsusən cinayətkar qruplaşmaların yeni metodlardan - internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə icrası zəruri tədbirlər barədə konkret tapşırıqlar verib.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılan gənclərlə Samuxda görüş keçirilib
22.10.2019
Bakıda 380 binanın dam örtüyünün təmirinə başlanılıb
22.10.2019
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22.10.2019
“Əldə etdiyimiz nailiyyətlər bizi qələbəyə daha da yaxınlaşdırır”
22.10.2019
Səfər Mehdiyev Yevlaxda vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info