Gənclər Fondu 425 tələbənin təhsil haqqını ödəyəcək
Tarix: 17.09.2019 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Fondu (AZGF) Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişinə əsasən elan etdiyi “Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə növbəti müsabiqənin nəticələrini açıqlayıb. Fonddan bildiriblər ki, müsabiqənin nəticələrinə əsasən ali və orta ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam və ya qismən) Gənclər Fondu tərəfindən ödəniləcək. Keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması, savadlı, dövlətə, milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişdirilməsi, istedadlı gənclərə dövlət qayğısının göstərilməsi, sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əsas istiqamətini təşkil edir. Bu istiqamətdə Prezidentin təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq, son illərdə gənclər üçün çoxsaylı imkanlar yaradılıb, sosial həssas kateqoriyalara aid, I və II qrup əlilliyi olan gənclərin təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin Fond tərəfindən dəstəklənməsi və digər addımlar atılır. Xatırladaq ki, “Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə 2018-ci ildə keçirilmiş müsabiqə çərçivəsində 31 dövlət ali təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib. Builki müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə sənədlərini təqdim edib. Müsabiqənin nəticələri ilə youthfoundation.az/tehsil linkinə keçid edərək tanış olmaq mümkündür.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Səkkiz ayda Azərbaycanla İsveçrənin ticarət dövriyyəsi 5 dəfə artıb
21.10.2019
9 ayda 34,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info