“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
Tarix: 17.09.2019 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü gözlənilir. Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev APA-ya açıqlamasında gözlənilən bu görüşü şərh edib: "Belə bir fikir var ki, BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində bir görüş keçirilsin. Biz bunu daha çox görüş adlandırırıq. Çünki gördüyümüz kimi, Ermənistan tərəfindən danışıqlar prosesinə ciddi zərbələr vurulur, danışıqlar prosesinin pozulması istiqamətində provokativ addımlar atılır".
H. Hacıyev əmin olduğunu bildirib ki, qarşıdan gələn bu görüşdə Azərbaycan tərəfinin mövqeyi həmsədrlərə də, Ermənistan tərəfinə də çatdırılacaq: "Xüsusən Ermənistan tərəfinin səsləndirdiyi destruktiv açıqlamalar fonunda..."
Görüşün tarixinin hələlik açıqlanmadığını qeyd edən şöbə müdiri bildirib ki, tərəflər qarşılıqlı şəkildə razılaşdırdıqdan sonra Xarici İşlər Nazirliyi səviyyəsində görüş barədə ictimaiyyətə məlumat verəcək.
Ermənistan rəhbərliyinin son bəyanatları ilə bağlı isə H. Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən o qədər qeyri-ciddi, o qədər əsası olmayan, cəfəng açıqlamalar səsləndirilir ki, bəzən bu açıqlamalara şərh verməyə belə ehtiyac qalmır.

“Ermənistan bütün dünyada Azərbaycan ərazilərinin böyük bir hissəsini qanunsuz və hərbi yolla işğal edən ölkə kimi tanınır”
Yeri gəlmişkən, Amerikanın “Jewish Journal” nəşri Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayevin “Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir” sərlövhəli məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, M.Yevdayev öz məqaləsində sentyabrın 22-də Ermənistanın baş naziri Nikol Paşinyanın Los-Anceles bələdiyyəsinin binası qarşısında yerləşən Qrand-Parkda federal, dairə və şəhər məmurlarının müşayiəti ilə çıxış edəcəyini yazıb. Qrand-Park Los-Anceles dairəsi və şəhər administrasiyasının birgə idarə etdikləri ictimai məkandır. Müəllif yazır ki, bu cür şərait xarici ölkənin başçısı üçün ilk dəfədir yaradılır. Əgər Ermənistan Birləşmiş Ştatların həqiqi müttəfiqi və demokratik dəyərlərə sadiq ölkə olsaydı, burada təəccüblü heç bir şey olmazdı. Lakin bu, heç də belə deyil.
M.Yevdayev qeyd edir: “1991-ci ildə müstəqillik əldə etdiyindən bəri Ermənistan Cənubi Qafqaz regionunda və beynəlxalq arenada ABŞ-ın maraqlarına daim zidd olan xarici siyasət yürüdür”.
Daha sonra qeyd olunur ki, Ermənistan bu gün də nasist-kollaborasionistlərin mədhi siyasətini davam etdirir. Ermənistanın paytaxtı Yerevanın mərkəzində erməni mənşəli nasist general Qaregin Njdeyə böyük heykəl ucaldılıb. Heykələ əlavə olaraq, Yerevanda milli qəhrəman hesab edilən Njdenin adına meydan və metro stansiyası verilib, onun “irsi” isə Ermənistanın dövlət məktəblərində uşaqlara tədris edilir. Njde Vermaxtın “erməni legionu” komandirlərindən biri kimi nasistlərlə əməkdaşlıq edib. Bu hərbi hissə Krımda, Qafqazda və Fransanın cənubunda döyüşüb. Hərbi cinayətlərinə və nasistlərlə əməkdaşlıq etdiyinə görə sovet məhkəməsi ona 25 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Müəllif yazır ki, Ermənistan digər erməni nasist generalı – Drastamat Kanayanı da (həmçinin general Dro adı ilə tanınır) mədh edir. Ermənistan hökuməti Drastamat Kanayan adına Milli Strateji Tədqiqatlar İnstitutu da yaradıb, müdafiə nazirliyi isə onun adından hərbi qulluqçuları və hərbi təlimlərdə müvəffəqiyyət qazanmış mülki şəxsləri təltif etmək üçün medal təsis edib.
M.Yevdayev əlavə edib ki, Ermənistanda antisemitizm meyilləri də güclənir. Təsadüfi deyil ki, məhz bu səbəbdən 1991-ci ilədək sayı 5 mindən çox olan Ermənistanın yəhudi icması indi cəmi 100 nəfərdən ibarətdir.
Bundan başqa, Ermənistan bütün dünyada Azərbaycan ərazilərinin böyük bir hissəsini qanunsuz və hərbi yolla işğal edən ölkə kimi tanınır. Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazır deyil. Əksinə, onun ilk addımlarından biri öz oğlunu işğal altında olan Qarabağ bölgəsində hərbi xidmətə göndərmək olub. Ötən ay isə baş nazir hətta Azərbaycanın işğal olunmuş həmin ərazisinin Ermənistana ilhaq ediləcəyinə eyham vurub.
Məqalənin sonunda Yevdayev ümidvar olduğunu bildirib ki, Los-Ancelesin 600 minlik yəhudi icması Paşinyanın səfəri ilə bağlı, həmçinin “çox gözəl Los-Anceles şəhərini təhqir edən bu iyrənc və rüsvayçı akta” qarşı öz etirazını ifadə edəcək.


Misir KİV-ləri: Hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi daha artıq dəstəklənir

Misirdə populyar olan “Əl-Məsriyyə” və “Əl-Omax” qəzetlərinin saytlarında isə AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin “Azərbaycan Qoşulmama Hərəkatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının XVIII zirvə görüşünə ev sahibliyi etməyə hazırdır” sərlövhəli məqaləsi dərc edilib.
Bakıda keçiriləcək bu nüfuzlu beynəlxalq tədbirdə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının üzvü olan ölkələrin dövlət və hökumət başçıları iştirak edəcək və Azərbaycan 2019-2022-ci illərdə bu qurumda sədrlik edəcək.
Məqalədə bildirilir ki, növbəti zirvə görüşünün Bakıda keçirilməsi və bu qurumda sədrliyin həmin görüşdə Azərbaycana verilməsi barədə qərar 2016-cı ildə XVII zirvə görüşündə yekdilliklə qəbul edilib. Bu qərar Prezident İlham Əliyevin yürütdüyü, Azərbaycan xalqının milli maraqlarına, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə, ölkələr arasında əməkdaşlığın təşviqinə, bütün dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək əzminə əsaslanan müdrik və tarazlaşdırılmış siyasətin qanunauyğun nəticəsidir. Materialda xüsusi vurğulanır ki, bu fakt ölkəmizə böyük etimad və hörməti parlaq şəkildə nümayiş etdirir, Azərbaycanın beynəlxalq arenada böyük nüfuzunun tanınmasını təsdiqləyir.
Məqalədə deyilir ki, beynəlxalq münasibətlərin fəal iştirakçısı, beynəlxalq birlikdə böyük nüfuz sahibi olan Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn əsas prinsip və normalarına, o cümlədən ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplərə riayət olunmasına sadiqdir.
Oxucuların diqqətinə çatdırılır ki, ölkəmizin Qoşulmama Hərəkatının üzvü olması və bu hərəkatda fəal iştirakı sayəsində hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi daha artıq dəstəklənir. Bu fakt hərəkatın yekun sənədlərində də əks olunur. Sözügedən sənədlərdə vurğulanır ki, bu münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməlidir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info