Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub
Tarix: 18.09.2019 | Saat: 09:44:00 | E-mail | Çapa göndər



“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində(QSC) Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib. Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

Bakı-Tbilisi-Qars dəmir yolunun danışan C. Qurbanov qeyd edib ki, bu marşrut istifadəyə veriləndən sonra region ölkələrini Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzinə çevirməkdədir.
Sonra əməkdaşlıq əlaqələrinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava bildirib ki, 2017-ci ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi bir hadisə idi. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə edilməklə, indi bu marşrutla, Azərbaycan və Gürcüstan üzərindən keçməklə, Çin, Orta Asiya ölkələrindən yüklər Türkiyəyə və əks istiqamətdə daşınır.
Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Qənd istehsalı zamanı ciddi qanun pozuntularına yol verildiyi aşkarlanıb
22.10.2019
Prezident tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22.10.2019
TANAP mükafata layiq görülüb
22.10.2019
Şahin Mustafayev Baş Nazirin müavini təyin edildi
22.10.2019
2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info