BMU-da “Təşəbbüskarlıq” seminarı keçirilib
Tarix: 18.09.2019 | Saat: 12:44:00 | E-mail | Çapa göndər


Bakı Mühəndislik Universitetinin İnnovasiya mərkəzi və Texnoparkın təşkilatçılığı ilə “Təşəbbüskarlıq” seminarı keçirilib. Universitetin akt zalında təşkil olunan tədbirdə universitetin elmi işlər üzrə prorektoru Elçin Süleymanov çıxış edərək qloballaşan dünyada mühəndisliyin və innovativ ideyaların əhəmiyyətinin artdığını diqqətə çatdırıb. O, BMU Texnoparkında ideyaların startaplara çevrilməsi üçün hər cür şərait yaradıldığını da qeyd edib. Sonra BMU İnnovasiyalar mərkəzinin müdiri Elçin Yusubov təşkil olunan seminarın mahiyyəti haqqında danışıb və qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra SS&Sons Engineering adlı startapın "Avtomobillərin yan güzgülərin avtomatik test cihazı" adlı mövzusunda Pakistan İslam Respublikasının İqra Universitetinin məzunları Syed Abutalib Naqvi və Muhammad Shahmir ur Rahim çıxış ediblər. Bildiriblər ki, avtomobil sənayəsində yan güzgülərin istehsalı zamanı onun korreksiyası əl əməyindən istifadə etmək ilə həyata keçirilir. Bu da zaman itkisinə və pul itkisinə səbəb olur. Gənc startapçıların təklif etdiyi həll bu problemi aradan qaldıraraq və digər analoji istehçıların qurğulurından ucuz və qısa zamanda korreksiya etməyə imkan verir. Güzgülər bu qurğuya yerləşdirərək ona bir neçə kabel qoşulur ve test başlanılır. Bundan sonra əgər yan güzgüdə hər hansı bir qüsur aşkar olunursa, bu qurğunun ekranında görsənir. Qurğu səhvi aşkarladıqdan sonra onu korreksiya edir. Startapçılar iddia edirlər ki, qurğunun sayəsində insan əməyi azalacaq, məhsulun dəqiqliyi və səmərəliliyi artacaqdır. İnteraktiv keçən seminarda tələbələrin sualları cavablandırılıb və təkliflər səsləndirilib.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri
22.10.2019
Azərbaycan Texniki Universitetində əməkhaqları artırılıb
22.10.2019
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
21.10.2019
“Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Qlobal Cənubla iqtisadi əlaqələrin rolu”
21.10.2019
Aİİ-nin prorektoru Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info