Prezident Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib
Tarix: 18.09.2019 | Saat: 12:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. Siz artıq ilk dəfə deyil ki, bizim ölkəmizə gəlirsiniz. Sizin hər səfəriniz qarşılıqlı maraq doğuran məsələlər haqqında danışmaq üçün yaxşı imkandır. Münasibətlərimizin xarakteri və ruhu haqqında danışmağa ehtiyac yoxdur. Biz onları çox yüksək qiymətləndiririk. Onlar dostluğa, qarşılıqlı anlaşmaya, qarşılıqlı dəstəyə əsaslanır. Əminəm ki, sizin bu səfəriniz də münasibətlərimizin gələcək inkişafına töhfə verəcək.
Bizim siyasi qarşılıqlı fəaliyyətimizin səviyyəsi çox yüksəkdir. Demək olar ki, dövlət başçılarının, digər rəsmi şəxslərin müntəzəm səfərləri, ticari-iqtisadi sahədə yaxşı irəliləmələr, birgə layihələr, birgə istehsal, təhlükəsizlik sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq mövcuddur. Belə ki, münasibətlərimiz dərin məzmunla zəngindir və nəticəyə yönəlib. Bir də demək istərdim, münasibətlərimizin fərqli xüsusiyyəti ondadır ki, biz qərar qəbul edirik, qərarların həlli yollarını müəyyənləşdiririk və nəticəsini görürük. Düşünürəm ki, bu müsbət dinamika gələcəkdə də saxlanılacaq, münasibətlər uğurla inkişaf etdiriləcək, ölkələrimizə və xalqlarımıza fayda gətirəcək. Sizi bir daha Azərbaycanda salamlayıram.

Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav ZAS dedi:

-Sağ olun, hörmətli cənab Prezident, hörmətli İlham Heydər oğlu. Bugünkü görüşə görə sağ olun. Sizinlə görüşmək, söhbət etmək mənim üçün böyük şərəfdir.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Qənd istehsalı zamanı ciddi qanun pozuntularına yol verildiyi aşkarlanıb
22.10.2019
Prezident tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22.10.2019
TANAP mükafata layiq görülüb
22.10.2019
Şahin Mustafayev Baş Nazirin müavini təyin edildi
22.10.2019
2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info