DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb
Tarix: 18.09.2019 | Saat: 13:02:00 | E-mail | Çapa göndər


Dövlət Miqrasiya Xidməti işgüzar səfər vizası əsasında Azərbaycana gələn və ölkədə olduqları müddətdə miqrasiya qanunvericiliyinin müddəalarını pozan 3 nəfər Nepal və 2 nəfər Hindistan vətəndaşının qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmasına dair məlumat yayıb.
DMX-dan verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmış Nepal vətəndaşı Bhujel Suman və Hindistan vətəndaşları Ajrudeen və Christian Selinben Noyelkumar bu ilin 13, 27 və 30 iyul tarixlərində işgüzar səfər vizası əsasında ölkəyə giriş ediblər. Onlar üçün müvafiq hüquqi şəxslər tərəfindən iş icazəsinin və iş icazəsi əsasında müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı 3, 5 və 7 avqust tarixlərində Dövlət Miqrasiya Xidmətinə müraciət edilib. Müraciətə baxıldığı müddətdə hər üç əcnəbinin ölkədə olma müddəti, yəni viza müddəti bitib, ancaq müraciətə baxıldığı üçün həmin müddətdə onların ölkə ərazisində qalmaları qanuni hesab edilib. Hər üç əcnəbiyə 19.08.2019-cu il tarixdə müvafiq icra hakimiyyəti orqanının rəyi əsas alınmaqla, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olması səbəbindən iş və müvəqqəti yaşama icazələrinin verilməsindən imtina edilib. Əcnəbilərin viza müddətləri bitdiyindən onlara ölkəni tərk etmələri üçün 10 gün müddət verilib və bu barədə müvafiq qərarların surətləri onlara təqdim olunmaqla qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlandırılıblar. Ancaq hər üç əcnəbi verilən müddətdə ölkəni tərk etməyib və müvafiq olaraq 12 və 13 sentyabr tarixlərində İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə (ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırma) əsasən inzibati məsuliyyətə cəlb olunub. Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılan digər 2 nəfər Nepal vətəndaşı Sing Bahadur Tamang və Simon Chundara isə bu ilin 11 və 15 iyun tarixlərində işgüzar səfər vizası əsasında ölkə ərazisinə giriş ediblər. Hər iki əcnəbi 23 iyun tarixində Miqrasiya Məcəlləsinin 45.0.6-1-ci maddəsinə (Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda) əsasən müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Təqdim olunan sənədlərə əsasən, əcnəbilərə 15 və 18 iyul tarixlərində ilkin olaraq 3 ay müddətinə müvəqqəti yaşama icazəsi verilib. Ancaq sonradan əcnəbilərin faktiki olaraq hər hansı hüquqi şəxsin rəhbəri və ya müavini olduğu deyil, Azərbaycan vətəndaşına məxsus həyətyanı sahədə ev təsərrüfatı işlərinə cəlb olunduqları aşkarlanıb.
Qeyd olunanlar həm həyətyanı sahənin sahibi olan şəxsin, həm də əcnəbilərin izahatı ilə öz təsdiqini tapıb, əcnəbilərə verilmiş müvəqqəti yaşama icazələri 16 avqust tarixində ləğv edilib və 13 sentyabr tarixində Miqrasiya Məcəlləsinin 79.1.1-ci və 79.2-ci maddələrinə uyğun olaraq, əcnəbilər barəsində kənara çıxarma haqqında qərar qəbul olunub. Əcnəbilər barələrində qəbul olunan müvafiq qərarların surətləri onlara təqdim olunmaqla qanunverciliyin tələbləri barədə ətraflı məlumatlandırılıblar. Şəxslərin hindistanlı turist kimi qanunsuz olaraq həbs olunduqları və ya hər hansı qeyri-insani rəftara məruz qaldıqlarına dair iddialar daxili araşdırma nəticəsində öz təsdiqini tapmayıb. Bundan başqa aparılan araşdırma nəticəsində adıçəkilən əcnəbilər üçün ölkədə iş və müvəqqəti yaşama icazəsi alınacağı və daha sonra üçüncü ölkələrə göndəriləcəkləri vədi ilə onlardan xeyli miqdarda pul alınmasına dair məlumatlar əldə olunub. Faktla bağlı materiallar müvafiq tədbirlər görülməsi üçün aiddiyyəti hüquq-mühafizə orqanlarına göndərilib. Miqrasiya qanunvericiliyinin tələblərini pozduqları üçün əcnəbilərin saxlama mərkəzlərinə yerləşdirilməsinə Dövlət Miqrasiya Xidməti tərəfindən sonuncu zəruri tədbir kimi müraciət olunur. Ölkədə olma və yaşaması üçün heç bir sənədi olmayan, miqrasiya qanunvericiliyinin tələblərini pozmuş və ölkədə yaşamasının leqallaşması hüquqi olaraq mümkün olmayan əcnəbilərə ilkin olaraq ölkəni könüllü tərk etmək təklif olunur.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Vilayət Eyvazovdan gənc zabitlərə tapşırıq: vətəndaşların müraciətlərinə həssas və operativ yanaşın
22.10.2019
Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılan gənclərlə Samuxda görüş keçirilib
22.10.2019
Bakıda 380 binanın dam örtüyünün təmirinə başlanılıb
22.10.2019
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22.10.2019
“Əldə etdiyimiz nailiyyətlər bizi qələbəyə daha da yaxınlaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info