Türkiyə Prezident Aparatının baş müşaviri: “ABŞ “Patriot“ verəcəyi halda Türkiyənin S-400-dən imtina edəcəyini düşünməsin“
Tarix: 18.09.2019 | Saat: 13:52:00 | E-mail | Çapa göndər


Gülnur Aybet: “Türkiyənin Suriyada təhlükəsiz bölgə məsələsində səbri tükənib”


Türkiyə Prezident Aparatının baş müşaviri professor Gülnur Aybet Türkiyənin "Patriot" raket mudafiə sistemləri almaq təklifinə açıq olduğunu, lakin bunun S-400-lərdən imtina ediləcəyi mənasına gəlmədiyini söyləyib. TRT-nin xəbərinə görə, Türkiyə Prezident Aparatının baş müşaviri Gülnur Aybet Türk İrs Fondu (THO) və Amerika Beynəlxalq Münasibətlər Şurasının (WACA) əməkdaşlığı ilə Vaşinqtonda keçirilən "Türkiyənin regional müdafiə, enerji və iqtisadi perspektivi" adlı paneldə çıxış edib. Türkiyənin təhlükəsizlik siyasətində hava müdafiə sistemindəki çatışmazlığın əhəmiyyətli bir məsələ olaraq uzun müddətdir müzakirə edildiyini qeyd edən Aybet Türkiyənin Rusiyadan əvvəl başda ABŞ olmaqla, başqa ölkələrlə də danışıqlar apardığını xatırladıb. Aybet Türkiyənin öz milli hava müdafiə sistemini yaratmaq fikrindən dönmədiyini qeyd edib, bu baxımdan texnologiya transferi məsələsinə əhəmiyyət verdiklərini və müvafiq ölkələrlə bu məsələlərlə bağlı görüşlər keçirdiklərini söyləyib. Baş müşavir çıxışına belə davam edib: "Türkiyə S-400-ləri seçdi, çünki bu, müəyyən bir zaman kəsimi daxilində tələbatları ödəyən bir təklif idi. S-400-lərin satın alınması heç bir şəkildə NATO-nun təhlükəsizliyinə təhdid deyil. S-400-lərdən fərqli variantlar gündəmə gələrsə, bunlara da baxacağıq. "Patriot"lar bunlardan biridir. Lakin ABŞ "Patriot" verdiyi halda Türkiyənin da S-400-lərdən imtina edəcəyini düşünməsin". Türkiyə-Amerika münasibətlərində separatçı terror təşkilatı PKK/YPG problemi və Fətullahçı Terror Təşkilatı məsələlərinin hələ müzakirə edilməli mövzular olduğunu qeyd edən Aybet Türkiyənin Suriyada təhlükəsiz bölgə məsələsində səbrinin tükəndiyini söyləyib.

Anar




 
Bölməyə aid digər xəbərlər
31.10.2020
Rusiya XİN Paşinyanın Putinə kömək üçün müraciətinə mənfi cavab verdi
31.10.2020
Moskvada koronavirusdan daha 55 nəfər ölüb
30.10.2020
Ermənistan məhbusları Qarabağa göndərir
30.10.2020
Məni zorla döyüşlərə cəlb ediblər - Erməni din xadimi
30.10.2020
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin...“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info