Diaspor rəhbəri qalib monteneqrolu məktəbliyə diplomunu təqdim edib
Tarix: 18.09.2019 | Saat: 13:59:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Azərbaycanda keçirilən III Beynəlxalq Uşaq Rəsm Müsabiqəsində Monteneqronun Podqoritsa şəhərindəki Vladimir Nazor orta məktəbinin şagirdi Nina Vuyoşeviç ikinci yeri tutub. Azərbaycan – Monteneqro İqtisadi və Mədəni mərkəzinin direktoru, Azərbaycan Sahibkarlar Konfederasiyasının Monteneqro, Serbiya, Bosniya və Herseqovinadakı nümayəndəsi Seyran Mirzəzadə Nina Vuyoşeviçə diplomunu təqdim edib.
Xatırladaq ki, “Dostluğun sehri” adlı müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə keçirilib.
Müsabiqənin əsas məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan uşaqların dünyagörüşü, arzu və xəyalları ilə yaxından tanış olmaq, uşaqlar arasında qarşılıqlı hörmət və dostluq münasibətləri yaratmaq və gənc istedadları aşkara çıxarmaqdır.
Dünyanın 22 ölkəsindən 222 təhsil müəssisəsinin qatıldığı müsabiqəyə 6-15 yaşlı uşaqların 2 mindən çox rəsm işi təqdim olunub. Münsiflərin rəyi ilə 675 rəsm işi seçilib, bunlardan 187 iş 3 yaş kateqoriyası üzrə qaliblər sırasına daxil olub.
“Gənc istedadımız Nina Vuyoşeviçi, Vuyoşeviç ailəsini və onun rəsm əsərini sərgiyə göndərən və əsl müəllimə qayğısı ilə dəstəyini əsirgəməyən Tatyana Raiçeviçi təbrik edir və Ninanın yeni uğurları ilə bundan sonra da hər kəsi qürurlandırmasını arzu edirik”, deyə Seyran Mirzəzadə diplomu təqdim edərkən bildirib .

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Vilayət Eyvazovdan gənc zabitlərə tapşırıq: vətəndaşların müraciətlərinə həssas və operativ yanaşın
22.10.2019
Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılan gənclərlə Samuxda görüş keçirilib
22.10.2019
Bakıda 380 binanın dam örtüyünün təmirinə başlanılıb
22.10.2019
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22.10.2019
“Əldə etdiyimiz nailiyyətlər bizi qələbəyə daha da yaxınlaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info