Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
Tarix: 18.09.2019 | Saat: 14:02:00 | E-mail | Çapa göndər


Sentyabrın 23-dən 26-dək Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan kinosu günləri” keçiriləcək. Kino günlərinin rəsmi açılış mərasimi sentyabrın 23-də Əlişir Nəvai adına Kino Mərkəzində olacaq. Tədbirdə Özbəkistanın mədəniyyət, incəsənət sahəsinin tanınmış simaları, müxtəlif ölkələrin Özbəkistana akreditə olunmuş diplomatları, kino sahəsinə dair Daşkənddəki ali məktəblərin mütəxəssisləri və tələbələri, yerli azərbaycanlılar, jurnalistlərin iştirakı nəzərdə tutulub.
Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyinin, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən kino günlərində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ”, İlqar Nəcəfin “Nar bağı”, Şamil Əliyevin “Çölçü”, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” tammatrajlı bədii, Natalya Zavoznenkonun “Bakı əsrlərin aynasında”, Adil Azayın “Xəlvətdə qalmış müdrik” və Valentina Qurkalenkonun “Hüseyn Xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filmləri nümayiş etdiriləcək.
Tədbirlə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kinomatoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz Sultanzadənin rəhbərliyi ilə kino sahəsinin tanınmış mütəxəssislərinin Özbəkistana səfəri nəzərdə tutulub. Azərbaycanlı mütəxəssislərin “Azərbaycan kinosu günləri” nin rəsmi açılış mərasimində, habelə “Özbəkkino” Milli Agentliyində, müxtəlif tədris müəssisələrində görüşləri, mətbuat konfransı, təqdimatlarda iştirakı planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan kinematoqrafçıları tərəfindən son illərdə çəkilən və beynəlxalq festivallarda mükafatlara layiq görülən filmlərə Özbəkistanda böyük maraq vardır. Filmlərin bəziləri Nizami Gəncəvi adına Daşkənd Dövlət pedoqoji Universiteti, paytaxtdakı Mədəniyyət və İncəsənət Universitetində, Daşkənd vilayəti Almalıq rayonunda, habelə Səmərqənd şəhərində göstəriləcək.
Azərbaycanın kino sahəsində tanınmış mütəxəssislərinin iştirakı ilə Özbəkistan Mədəniyyət və İncəsənət Universitetində bu sahənin aktual problemlərinə dair master-klasların keçirilməsi də nəzərdə tutulub.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22.10.2019
“Haqq mənəm, haqq məndədir”: “Nəsimi ili” çərçivəsində daha bir konsert olacaq
22.10.2019
Azər Paşa Nemətov yenidən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib
22.10.2019
Folklor Festivalının seçim turunda Masallının “Halay” folklor və “Masallı” rəqs qrupu da çıxış edib
22.10.2019
Ukraynada “Nəsimi İli“nə həsr olunan tədbir televiziyada birbaşa yayımlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info