Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
Tarix: 18.09.2019 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Azərbaycan müxalifətinin radikal qolunu təmsil edən Müsavat Partiyası qurultaya hazırlaşır. Amma sosial bazası ilbəil zəifləyən Müsavatın qurultay hazırlığından daha çox sədrliyə namizədləri müzakirə edilir. Daha doğrusu, müxalifət düşərgəsində sosial şəbəkələr vasitəsiylə müzakirəyə çıxarılan məsələ ondan ibarətdir ki, Arif Hacılı ilə Yadigar Sadıqlı arasında düşmənçilik səviyyəsinə qədər qalxmış intriqa davam etdiyi bir vaxtda, ortaya Tofiq Yaqublu da çıxıb. Maraqlısı isə budur ki, əsasən, ReAl-a yaxın olan müxalif düşüncəli gənclər Tofiq Yaqublunun namizədliyini və başqan seçiləcəyi təqdirdə, Müsavatda cərəyan edəcək prosesləri indidən proqnozlaşdıraraq, tənqid edirlər. Şərhlər isə əsasən belə yazılır: “Müsavat Partiyası ötən başqan seçkisində də anormallıqlarla yadda qaldı. Qubad İbadoğlunu sıradan çıxarmaq üçün Arif Hacılının adamları hər cür şaiyələr yaydılar. İndi isə Tofiq Yaqublu da namizəd olacağını açıqlayıb. Maraqlıdır, belə bir adam Müsavata rəhbər gələrsə, partiyada ciddi dəyişiklik olacaqmı? Xeyr, olmayacaq. Çünki onun siyasi savadı, idarəçilik qabiliyyəti çox aşağıdır”. Digər bir şərhdə isə yazılır: “Bu adamın Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) daha çox bağlı olması sirr deyil. Üstəgəl o, Əli Kərimlinin təsiri altındadır. Belə olan halda, şübhəsiz ki, Müsavat da Əli Kərimlinin təsiri altına düşəcək. Nəticədə, Müsavatda qalan tək-tük əsl mübarizə aparan partiya üzvlərinin də partiyadan getmə təhlükəsi olacaq”.
Doğrudan da Tofiq Yaqublu təzyiq atmosferinə tez düşür. Gecə-gündüz Əli Kərimlinin həndəvərində fırlanması, mitinqlərə müsavatçıdan çox, cəbhəçi kimi qatılıb fəallıq göstərməsi, onu sadə müsavatçıların da gözündən salıb. Yəni hazırda bu adamı Əli Kərimli nəzarətə alaraq, bir növ idarə edir, tapşırıqlar və istiqamətlər verir. Gəlinən ümumi nəticə budur ki, yalnız hay-küyləri hesabına izlənilib diqqət edilən bu adamın novatorluq qabiliyyəti, idarəçilik bacarığı və savadı olmadığı üçün, kimsə tərəfindən daha rahat idarə olunur. Hətta sosial şəbəkələrdə də aşkar yazılıb qeyd edilir ki, müsavatdakıların bir çoxu yaşlı adamlar olduğu üçün və yeni nəslin, gənclərin sayı çox az olması səbəbindən ənənəvi qaydayla Yaqubova səs verilməsi ehtimalı da çoxdur. Hətta partiyada yaranacaq yeni qrupların təkidi ilə də onu seçə bilərlər ki, bu da səsvermənin daha bir anormallığı sayılacaq. Amma bir vaxtlar Tofiq Yaqublunu “sındırıb” onu az qala partiya sıralarından çıxarmaq kimi təhlükə ilə üz-üzə qoyan Arif Hacılının da Əli Kərimlinin adamına açıq meydan verəcəyi real görünmür. Ümumi olaraq deyə bilərik ki, nəinki Müsavatda, digər radikal müxalifət partiyalarında da azad seçim edən insanlar yox səviyyəsindədir. Buna da nəticə etibarilə partiyadaxili diktatura demək olar. 26 illik siyasi mübarizə metodları, rəhbərlikləri dəyişilməyən və cəmiyyəti nəzərə almayan diktator "müxalifəti"ndən başqa nə gözləmək olardı axı...

Tural




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi
01.07.2020
Azərbaycan fələstinli qaçqınlara 300 min dollar yardım ayırıb
01.07.2020
BMT rəsmisindən müraciət: “Bunu Azərbaycan üçün edin“ - VİDEO
30.06.2020
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans formatında görüşü baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb
2 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
3 Moskvada Qələbə paradı necə keçdi-VIDEO
4 Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
5 “Koronavirus İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdiddir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info