Ermənistan hakimiyyətində istefa dalğası gözlənilir
Tarix: 18.09.2019 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Şahnazaryan: “Vanetsyanın istefası hökumət daxilindəki xaosdan xəbər verir, ardı gələcək”

«Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın istefası ölkədə yeni gündəliyin formalaşması üçün katalizator ola bilər. Xidmət rəhbərinin istefası, əlbəttə ki, partiyanın iqtidardakı mövqeyini zəiflətdi».
Maraqlıdır ki, bu fikirlərə öz səhifəsində yer verən ermənilərin «Lragir» saytı ölkənin digər güc rəsmiləri - Valeriy Osipyan və David Tonoyanın istefasının qalan mövqeyə sarsıdıcı zərbə vura biləcəyini istisna etmir.
Sayt yazır ki, Artur Vanetsyanın istefası, nihilizm dalğasının yenidən yüksəldiyini və beləliklə, artıq Nikol Paşinyanı təhdid etdiyini göstərə bilər. Maraqlıdır ki, bəzi erməni siyasilər dövləti bu dalğadan qorumağa çalışan təhlükəsizlik işçilərinin Paşinyan və onun partiyasını bundan sonra qoruya biləcəklərinə şübhə edirlər. Məsələ bundadır ki, nihilizm partiyasının Paşinyan və onun təhlükəsizlik qüvvələri ilə fikir ayrılığı olduğu bir neçə məsələ var. Saytın iddiasına görə, Amulsar, Robert Köçəryanın həbsi, hakimlərin yoxlanılması və Konstitusiya Məhkəməsi məsələlərində bu fikir ayrılığı özünü qabarıq şəkildə göstərməkdədir.
Maraqlıdır ki, Vanetsyanın istefasını hökumət daxilindəki xaosdan xəbər verdiyini bildirən erməni siyasətçi David Şahnazaryan bunun ardının gələcəyini istisna etmir. (Yeri gəlmişkən, ötən gün erməni polisinin rəisi Valeriy Osipyan da istefaya gönldərilib).
Bu gün Paşinyanın ölkədəki davranışlarına diqqət çəkən Şahnazaryan onu Serj Sarkisyanın, Mikael Minasyanın ailələrinə mənasız hücumlar təşkil etdirməkdə ittiham edir: «Bu gün Paşinyan verdiyi gülünc açıqlamaları ilə diqqət çəkir. O, bu sistemə təsadüfən düşən insanlara elə tələblər irəli sürür ki, həmin şəxslər istəsələr də Paşinyanın tələblərini yerinə yetirə bilmirlər»( Armenianreport)
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Türkiyə və Rusiya hərbçiləri Suriyada birgə patrul xidməti aparacaqlar
22.10.2019
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22.10.2019
Ermənistanda müəllimlər də işsizlər cərgəsinə qoşulublar
22.10.2019
Castin Rouz “Türk Hava Yolları”nın 2019-cu il “Açıq Qolf Turniri”ndə tarix yazmaq istəyir
21.10.2019
Paşinyanın “inkişaf” yalanı ifşa edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info