Moskvada keçirilən turnirində “ASCO-Dənizçi” II yeri tutub
Tarix: 18.09.2019 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


14-15 sentyabr tarixlərində Moskvada "Dəniz və çay limanlarının V Kuboku" beynəlxalq xeyriyyə mini-futbol turniri keçirilib.
“Spartak” stadionunda baş tutan turnirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) futbol komandası da iştirak edib. Ümumilikdə 16 komandanın qatıldığı yarış gərgin mübarizə şəraitində baş tutub.
Komandamız dörddəbir finalda Vladivastokun təmsilçiləri ilə üz-üzə gəlib. Oyun “ASCO-Dənizçi”-ninxeyirinə başa çatıb - 4:0
Beləliklə, ikidəbir finala yüksələn futbolçularımız turnirin üçqat qalibi “Seremetyevo Xendlinq” komandasını qəbul edib. Bu dəfə də yarış “ASCO-Dənizçi”-ninüstünlüyü ilə başa çatıb - 2:1
Finalda ASCO-nun rəqibi Həştərxan Xəzər Dəniz Gəmiçiliyi olub. Gərgin keçən mübarizədə komandamız 1:0 hesabı ilə qələbəni əldən verib.
Beləliklə, “ASCO-Dənizçi” 16 komanda içərisində II yeri tutub və turnirə ilk dəfə qatılan komanda olaraq peşəkar oyun nümayiş etdirdiyinə görə xüsusi kuboka layiq görülüb. Qeyd edək ki, "Dəniz və çay limanlarının Kuboku" beynəlxalq xeyriyyə mini-futbol turnirin keçirilməsində məqsəd çay və dənizçilik şirkətləri arasında dostluq əlaqələrini qorumaq və möhkəmləndirmək, bədən tərbiyəsi və sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
“Qalatasaray“ “Real“a uduzdu, “Yuventus“ və PSJ-dən qələbə
22.10.2019
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22.10.2019
“Qalatasaray“ “Real“a, “Yuventus“ “Lokomotiv“ qarşı
22.10.2019
20-ci saniyədə qırmızı vərəqə aldı
22.10.2019
“Real“da həmişəlik qalmaq istəyirəm“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info