Xəzərdə “Quba“ adlı yeni gəmi istismara veriləcək
Tarix: 18.09.2019 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) alyans partnyoru olan “Caspian Marine Services”in (CMS) donanmasına yeni “Quba” təchizat gəmisi daxil edilib.
CMS-dən verilən məlumata görə, hazırda gəminin istismara verilməsi məqsədilə dəniz sınaqları aparılır. Belə ki, CMS-in əməliyyat və texniki şöbələri tərəfindən həyata keçirilən sınaqların nəticəsində aşkarlanan çatışmazlıqlar aradan qaldırılır.
Gəminin uzunluğu 82, eni 16 metr, dedveyti 3300, yükgötürmə qabiliyyəti 1700 tondur.
Gəmi müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulub. Yeni təchizat gəmisi yanacaq, sürtkü yağı, qələvi məhlul, özül yağı, quru yük, içməli su, qazma məhlulu, konteyner, boru və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün daha geniş göyərtəyə və böyük həcmli yük tanklarına malikdir.
Müasir avadanlıqlarla təchiz olunan “Quba” gəmisinin texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmidə quraşdırılan yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərkən hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır.
“Quba” təchizat gəmisinin dizaynı “Rolls Royce Marine”, inşası İtaliyanın “Rosetti Marino S.p,A” gəmiqayırma zavoduna məxsusdur.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Prezident: Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır
22.10.2019
Prezident Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22.10.2019
Şahin Mustafayev nazir vəzifəsindən azad edilib
22.10.2019
Azərbaycanda yeni medal təsis edilib
22.10.2019
ƏƏSMN-nin bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info