Mariya Stadnik ikinci dəfə dünya çempionu olub
Tarix: 18.09.2019 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Azərbaycan güləşçisi Mariya Stadnik (50 kq) Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının finalında qalib gələrək qızıl medala sahib olub.
Güləşçimiz finalda Rumıniya təmsilçisi Emiliya Alina Vuka 13:0 hesabı ilə qalib gələrək on illik fasilədən sonra ikinci dəfə dünya çempionu adını qazanıb. Xatırladaq ki, çempionata onaltıdabir finaldan başlayan Mariya Stadnik (50 kq) Nigeriya təmsilçisi Miessiney Mersi Genesisi, səkkizdəbir finalda hindistanlı Seemu Seemunu məğlub edib. Dörddəbir finalda Rusiya idmançısı Yekaterina Poleşuka qalib gələn idmançımız yarımfinala yüksəlməklə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Güləşçimiz yarımfinalda çinli Yanan Sunu 6:4 hesabı ilə məğlub edərək adını finala yazdırıb. M.Stadnik çempionatın yarımfinalına yüksəlməklə Tokio Olimpiadasına vəsiqəni təmin etmişdi. Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
“Qalatasaray“ “Real“a uduzdu, “Yuventus“ və PSJ-dən qələbə
22.10.2019
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22.10.2019
“Qalatasaray“ “Real“a, “Yuventus“ “Lokomotiv“ qarşı
22.10.2019
20-ci saniyədə qırmızı vərəqə aldı
22.10.2019
“Real“da həmişəlik qalmaq istəyirəm“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info