Goranboy və Tərtərdə inkubator məntəqələri istifadəyə verilib
Tarix: 18.09.2019 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Goranboy rayonunun Xoylu və Tərtər rayonunun Qaraağacı kəndlərində inkubator məntəqələri fəaliyyətə başlayıb. Azərbaycan Hökuməti və USAİD tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində istifadəyə verilmiş inkubator məntəqələri Tərtər və Goranboyda mikro sahibkarlığın inkişafında əhəmiyyətli olmaqla, bu rayonların 10 kəndində yaşayan 11 mindən çox sakinə xidmət edəcəkdir.
Bununla bağlı Xoylu və Qaraağacı kəndlərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, rayon icra hakimiyyətlərinin, KOBİA-nın, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və kənd sakinlərinin iştirakı ilə tədbir keçirilib. İnkubator məntəqələrinin istifadəyə verilməsi ilə kənd sakinləri quşçuluq təsərrüfatlarını genişləndirəcək, digər rayonlarda yerləşən inkubatorlardan istifadə etmək üçün uzun məsafə qət etmədən, vaxta və xərclərinə qənaət edəcəklər. İnkubator məntəqələrinin fəaliyyəti həmçinin, Tərtər və Goranboy rayonlarında mikro sahibkarlığın inkişafına və kənd sakinlərinin məşğulluğunun təmin olunmasına öz müsbət töhfəsini verəcəkdir. Dünən isə Şəmkir rayonunun Dəllər-Cəyir kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Qənd istehsalı zamanı ciddi qanun pozuntularına yol verildiyi aşkarlanıb
22.10.2019
Prezident tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22.10.2019
TANAP mükafata layiq görülüb
22.10.2019
Şahin Mustafayev Baş Nazirin müavini təyin edildi
22.10.2019
2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info