Prezident Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Tarix: 18.09.2019 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşüb. AZƏRTAC xəbər verir ki, müstəqillik illərində Azərbaycan-Belarus əlaqələrinin təməlinin 1994-cü ildə dövlət başçıları Heydər Əliyev və Aleksandr Lukaşenko tərəfindən qoyulduğunu xatırladan Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Belarus Prezidentinin qarşılıqlı səfərlərinin və görüşlərinin ikitərəfli münasibətlərimizin inkişafında xüsusi rol oynadığını vurğuladı.
Söhbət zamanı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə Stanislav Zas arasında bundan əvvəl beynəlxalq təbirlərdə keçirilən görüşlər məmnunluqla xatırlandı.
Görüşdə Administrasiya rəhbəri Ramiz Mehdiyev 2020-ci ilin yanvar ayından Stanislav Zasın yeni vəzifənin icrasına başlayacağını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırdı və həmin vəzifədə çalışacağı dövrdə də Azərbaycanla Belarus arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə əminliyini ifadə etdi. Administrasiya rəhbəri Ramiz Mehdiyev Belarus Respublikasının Təhlükəsizlik Şurası ilə bundan sonra da yaxın əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Prezident: Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır
22.10.2019
Prezident Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22.10.2019
Şahin Mustafayev nazir vəzifəsindən azad edilib
22.10.2019
Azərbaycanda yeni medal təsis edilib
22.10.2019
ƏƏSMN-nin bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info