“Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
Tarix: 18.09.2019 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Namiq Əliyev | Tarix üzrə fəlsəfə doktoru

“Müasir cəmiyyətlərdə siyasi mübarizə aparmanın çoxsaylı sivil yolları var”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.
Onun sözlərinə görə, mitinqlər, nümayişlər, küçə yürüşləri kimi mübarizə taktikaları inkişaf etmiş cəmiyyətlər üçün, ya xarakterik deyil, ya da bu üsullardan həddindən artıq az istifadə edilir: Soruşula bilər ki, Fransa kimi sivil ölkədə “sarı jiletlilər” niyə hər həftə aksiya keçirirlər? Diqqət edin, artıq “sarı jiletlilər” əvvəlki kütləviliyi təmin edə bilmirlər, hərəkat zəifləməyə doğru gedir: “Çünki demokratik ölkələrdə idarəetmə, qanunvericilik və s. “küçənin təzyiqi” ilə həyata keçirilmir. Sivil dövlətlərdə siyasi sistem səsvermə, seçkilər, referendum kimi vasitələrlə təkmilləşdirilir. Qardaş Türkiyə siyasətçiləri demiş, “hər şey sandıqda həll olunur” və sandıqdan-seçki qutusundan çıxan nəticəni də xalq qəbul edir. Azərbaycan cəmiyyəti də bu istiqamətdə hərəkət etməlidir, mitinq, nümayiş, küçə yürüşləri dövrünü arxada buraxmaq lazımdır. Tarixi təcrübə də göstərir ki, müəyyən qüvvələr (bunların içində düşmən də ola bilər) çox rahatlıqla mitinqləri idarə olunmaz hala gətirib, xaos, anarxiya vəziyyəti yarada bilərlər. Mitinqdə irəli sürüləcək tələblərə gəldikdə isə onların da həll olunması üçün başqa metodlar var. Əvvəla, “Qarabağa azadlıq” tələbini digərlərindən ayırmaq lazımdır. Çünki Qarabağ məsələsi Bakıda keçirilən hansısa mitinqlə həll olunası məsələ deyil... Bu barədə dəfələrlə fikir bildirdiyimizdən, onları təkrar etməyə ehtiyac duymuruq. “Siyasi məhbus” məsələsinə gəldikdə isə cəmiyyət şahiddir ki, müxalifətin azadlıqda görmək istədiyi məhbuslar mitinqlərsiz də istəklərinə nail ola biliblər. Tibbi sığorta tələbi isə təkcə müxalifətə aid deyil, bütün cəmiyyət, o cümlədən dövlət də bunun tətbiqinə çalışır. Artıq bu sahədə pilot rayonlar seçilib və sürətli iş aparılır. Yaxın gələcəkdə bütün ölkədə tibbi sığorta sistemi tətbiq ediləcək. Eləcə də digər tələblər mitinqlərdə yox, dəyirmi masalarda, sosial şəbəkələrdə, KİV-də, nəhayət parlamentdə müzakirə olunub, xalqın və dövlətin maraqlarına uyğun yekun nəticələrə gəlinməlidir. Bir sözlə, problemlərimizin həlli üçün daha sivil metodlar olduğu halda, niyə vaxtı keçmiş mitinqlər, nümayişlər yolu ilə getməliyik?”
GÜLYANƏ




 
Müəllifin son yazıları

03.12.2019 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
29.10.2019 Tarixə düşən islahatlar...
17.10.2019 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
02.10.2019 “Bəzi müxalifətçilər gəncliklərini xəyallara qurban verdilər”
16.09.2019 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info