İsveçrə portalında Gəncə şəhəri haqqında məqalə yerləşdirilib
Tarix: 18.09.2019 | Saat: 23:37:00 | E-mail | Çapa göndər



İsveçrənin “www.zeitung.ch” portalında “Gəncə - Azərbaycanın qədim mədəniyyət xəzinəsi” sərlövhəli məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Gəncə şəhərinin Azərbaycan tarixində böyük yerə malik olması diqqətə çatdırılıb. Qeyd edilib ki, müxtəlif mənbələrdə şəhərin tarixi barədə fərqli məlumatlar olsa da, aparılmış ən yeni tədqiqatlar nəticəsində şəhərin yaşının dörd min ilə çatdığı müəyyənləşdirilib.
Məqalədə vurğulanır ki, Gəncə orta əsrlərdə mühüm ticarət mərkəzi olub. Qədim İpək Yolu üzərində yerləşən bu şəhər əsrlərboyu əsas karvan yollarının qovuşduğu, ticarətin inkişaf etdiyi məkan kimi tanınırdı və öz ipəyi ilə bütün Yaxın Şərqdə məşhur idi. Ticarətlə yanaşı, burada elm və mədəniyyətin yüksək inkişafını diqqətə çatdıran müəllif Gəncədə dövrünün görkəmli şəxsiyyətləri olmuş Nizami Gəncəvi və Məhsəti Gəncəvinin yaşayıb-yaratdığını qeyd edib.
Məqalədə bildirilir ki, Gəncə şəhəri 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin ilk paytaxtı kimi də Azərbaycan tarixində önəmli yer tutur. Gəncə öz qədim tarixi ilə yanaşı, müasirliyi ilə də diqqəti cəlb edir. 2016-cı ildə bu şəhər Avropanın Gənclər Paytaxtı seçilib, burada müasir infrastruktur yaradılıb.
Müəllif Gəncə şəhəri və onun yerləşdiyi regionun görməli yerləri, tarixi abidələri və mətbəxi barədə də məlumat verir.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Prezident Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22.10.2019
Şahin Mustafayev nazir vəzifəsindən azad edilib
22.10.2019
Azərbaycanda yeni medal təsis edilib
22.10.2019
ƏƏSMN-nin bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib
22.10.2019
Müstəqil dövlət qurmaq xalqın intellekt səviyyəsinin, iradəsinin və gücünün təcəssümüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info