“Şeytanın qidası” adlandırılan tərəvəz haqqında bilmədikləriniz
Tarix: 18.09.2019 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Zərəri və faydaları

Ölkəmizdə, eləcə də dünyanın bir çox yerində gündəlik qida rasionuna daxil olan ərzaqlar içində kartof üstünlük təşkil edir. Bəs biz kartofun xeyrini və zərərini bilirikmi?
Medicina.az bildirir ki, Günəş şuaları və istilik kartofun cücərməsinə səbəb olur. Belə halda daxilə qəbul edildikdə, zəhərlənmə əlamətləri baş verə bilər. Ürək bulantısı, ishal, qusma, mədə ağrıları, boğazda yanma, baş ağrısı,baş gicəllənməsi, koma hətta ölümə səbəb ola biləcək halların olacağı istisna deyil. Buna görə də rəngi yaşıla dönmüş və cücərmiş kartofların istifadə edilməsi qətiyyən olmaz.


Kartofun faydaları:
Qanı zəhərlərli elementlərdən qoruyur:
Hava çirklənməsi, radiasiya və kimyəvi tullantılara qarşı qanı zəhərlərdən təmizləyir və hüceyrələri yeniləyir. Kartofun iki növü var. Sarı və yaşıl kartof. Yaşıl kartofdan Avropada heyvan yemi kimi istifadə edilir.
Kartofda olan manqan qadın dərisinin dostudur. Bu qiymətli tərəvəz dərini gözəlləşdirir, dəriyə xüsusi zəriflik qazandırır.
Kalium baxımından zəngin olması və çox az natrium ehtiva etməsi səbəbi ilə yüksək təzyiq və ürək xəstəliklərinə qarşı qoruyucudur.
Eyni zamanda antioksidantdır.

Kartofun tarixi:
Kartofu kəşf səfərlərindəki dənizçilər çox sevmişdi. Həm doydurucu xassəsi, həm də tərkibindəki vitaminlər, onları xəstəliklərdən qoruyurdu. Amma Avropada dərhal qəbul edilmədi. Xristianlar İncildə bəhs edilmədiyi üçün kartof əkməyi rədd etdilər. Şeytanın qidası elan etdilər. Xüsusilə Şotlandlar onu nə əkdilər, nə də yedilər. Bu gün belə hələ də bəzi bölgələrdə bu səbəbdən də kartof yeyilmir. Hazırlanması çox asan, lakin saxlanması çətin bir qidadır. Adətən 4 dərəcədən yuxarı temperaturlarda saxlanmalıdır. Əks halda içindəki nişasta şəkərə çevrilərək dadı dəyişir.
İdeal istilik 7-10 dərəcə arasıdır, 75%i isə sudur. Dünyada hər bir şəxs, ildə 33 kilo kartof yeyir. Təkcə ruslar ildə adambaşına 181 kilo kartof sərf edirlər.
Kartofu yağda qızartmaq Belçikalıların ideyası olub. Amma Amerikalılar bunu dünyaya Fransız qızartması kimi tanıtdılar. Kartof qızartmasını Ağ Saray mətbəxinə salan ilk sədr, 1801-1809 illər arası ölkəni idarə etmiş olan Tomas Jeffersondu.
1982-də isə 4 kq-lıq kartof yetişdirilib ki, bu da Ginnesin rekordlar kitabına daxil olunub. Kartof, kosmosda yetişdirilən ilk məhsuldur: Amerika Aviasiya və Kosmos Dairəsi NASA ilə Medison şəhərindəki Viskonsin Universitetinin birgə çalışmasında, uzun kosmos uçuşları və kosmos koloniyaları üçün 1995-də kosmosda kartof yetişdirmə sınağı keçirilib və uğurlu olub.
1897-1898-ci illərdə Alyaskada baş verən qızıla hücum dövründə kartof, qazmaçıların çıxardığı qızıl qədər dəyərli idi. Çünki kartofdan başqa yeyəcək bir şey demək olar ki, yox idi.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
500 tələbədən möhtəşəm fləşmob: VİDEO
22.10.2019
Antalya tarixində ilk dəfə turizm rekorduna imza atdı
22.10.2019
Çin varlıların sayına görə ilk dəfə ABŞ-ı keçdi
22.10.2019
Şərabın inanılmaz faydası - ayda 6 kq arıqladır
21.10.2019
Cammu Kəşmir üçün dünyanın ən uzun bayrağı açıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info