Gündəmdə qalmağa çalışanlar...
Tarix: 19.09.2019 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Son vaxtlar “sosial şəbəkə müxalifəti” adlanan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və onun sədri Əli Kərimlinin nəzarətində olan “milli şura” adlı qondarma qurumda təmsil olunanlar güdəmdə qalmaq üçün hər cür yola əl atırlar. Məsələn, Əli Kərimlinin yaxın adamlarından sayılan Gültəkin Hacıbəyli əvvəllər dəfələrlə olub ki, diqqət cəlb etmək, guya xalqa, insanlara canı yandığını göstərmək üçün şəxsi problemlər və ya ailə münaqişəsi nəticəsində baş verən intihar hadisələrini şişirdərək, statuslar paylaşardı. Açdığı mövzu ətrafında yerli-yersiz ittihamlar yazan cəbhəçi trollara isə dəstək olaraq, şərhlərlə cavab verərdi ki, guya ölkədə vəziyyət kritikdir, nicat yolu isə müxalifətdir və s. Əvvəla, hətta Qərbin ən inkişaf etmiş super dövlətlərində belə, adi hal sayılan bu cür faciəvi hadisələri, əsasən, şəxsi problemlərə görə bəzi insanların özlərinə qəsd etməsini siyasi manipulyasiya vasitəsinə çevirmək anormallıqdır! Əslində, bu gün də təkcə Gültəkin Hacıbəyli deyil, digər müxalifətin radikal qolunu təmsil edənlərin insanların faciəsi üzərində siyasi oyun qurmaq və dividend qazanmaq cəhdləri davam edir. Sadəcə, həmin şəxslərin “Facebook” və “YouTube”dan olan məlum məqsədlərə xidmət edən paylaşımlarına cəmiyyətimiz tərəfindən ciddi reaksiya verilmədiyi üçün bu, mətbuatın da diqqətini çəkmir, həmin hay-küy salanları da gündəmdə saxlamır. Amma məhz Gültəkin Hacıbəyli və Əli Kərimlinin cəmiyyətimizə, insanlarımıza hörmət etmədiyini, yalnız şəxsi və korporativ maraqlarını düşündüyünü sübut edən onlarla statusunun və problemlərə olan yanaşmasının şahidi olmuşuq... Bütün bunlar isə bir daha qeyd edirik ki, onların gündəmdə qalmasına xidmət edir. Yəni artıq müxalifət üçün dövr dəyişib, qrant və ya müxalifətçilik monopoliyasına son qoyulub, xaricdə daha bir anormal və xarici xüsusi xidmət orqanlarının, ayrı-ayrı Anti-Azərbaycan dairələrin nəzarətində olan söyüşcül dəstələr formalaşıb ki, onlar da öz təhqiramiz, söyüş ritorikası ilə diqqətləri çəkirlər, gündəmə küçə səviyyəsində olan çəkiliş və statusları ilə gəlməyə çalışırlar.
Bu mənada, indi Kərimli və komandası, nəyin bahasına olursa- olsun, sükanı əldən verməməyə və Azərbaycanda olan azsaylı müxalif düşüncəli kəsimi öz arxasınca aparmağa çalışır ki, burada da birinci məsələ gündəmdə qalmaqdır.
Yeri gəlmişkən, əvvəllər xalqa məsələləri fərqli istiqamətdən, yanlış yöndən təqdim edərək, partlayan su borusunu, güclü yağışın, zəlzələnin yaratdığı fəsadları az qala milli, iqtisadi faciə kimi çatdırmağa çalışan bu qaragüruhçu qüvvələr gündəmdə yalnız belə aktiv statusları ilə qalmağa çalışmırlar. İndi bir-birilərinin reklamını aparıb haray-həşir salmaqla, “vəkillik” edib cəmiyyətə “imam övladı” kimi təqdim etməklə də sosial şəbəkələrdə diqqət çəkməyə, gündəmdə qalmağa çalışırlar. Məsələn, ilboyu Əli Kərimlinin “vəkilliyini” edən Gültəkin Hacıbəyli indi AXCP sədrinin statusunda əsas qəhrəmana çevrilib. O, Gültəkin Hacıbəyli haqqında status yazaraq, qeyd edib ki, guya ona qarşı hücumlar var və bu hücumlar şiddətlənib və s. Adam sonra iddia edir ki, bəs sən demə, hakimiyyət qorxur ki, başqaları da öz işini-gücünü atıb iqtidardan müxalifətə keçər, Gültəkin Hacıbəylinin açdığı cığır ilə gedər. Öncə onu qeyd edək ki, Gültəkin Hacıbəyli zamanında deputat olarkən, indiki kimi “mələk donuna” bürünməzdi. Yenidən ona etimad göstərilməyəcəyini anlayıb, el dili ilə desək, acıq edib, gedib uğursuz seçim etdi, cəmiyyətdə nüfuzu sıfıra bərabər olan bir müxalif siyasətçinin arxasında dayandı. Açdığı cığırı isə çoxdan ot-alaq basıb... Yəni heç də məsələ Əli Kərimlinin gülməli şəkildə iddia etdiyi kimi deyil ki, bəs sən demə, kütləvi şəkildə məmurlar, deputatlar “Gültəkin yolu” ilə gedə bilərlər. İkinci bir tərəfdən, Gültəkin Hacıbəyli daha bir reklam edəni olan Qənimət Zahidin verilişlərinin ulduzuna çevrilib. Özü heç buradan bir dəfə də olsun həyatına və ya fəaliyyətinə hansısa təhlükədən söz açmayıb. Hücumlardan zərrə qədər də danışmayan adamı indi niyə şişirdib dağ başına qaldırasan ki? Əslində, kim bilməsə də bu adamların fəaliyyəti və zamanında siyasətdə qoyduqları izlərlə tanış olanlar gözəl bilirlər ki, bütün bu kimi statuslar, haray-həşirlər siyasi şoudan başqa bir şey deyil. Bu həmin Əli Kərimlidir ki, xaricdə yaşayan müxalif jurnalistin üstünə cəbhəçi trolları tökür. Buna cavab olaraq da bir neçə gün öncə həmin adam Əli Kərimliyə olmazın sözlərini dedi: “Sən hakimiyyətdə deyilsən belə diktator davranışlar, antidemokrat mövqelər sərgiləyirsən, gör, külli- ixtiyar əlində olsa, medianın başına nə oyunlar açarsan...”. Bu həm də həmin AXCP sədridir ki, ReAl Partiyasının rəhbərinə qarşı da troll yürüşləri təşkil etdi, sosial şəbəkələrdə cəbhəçilər partiyanın digər rəhbər şəxsi olan Natiq Cavadlıya isə olmazın sözlərini yazdılar. Yəni indi nə “mələk donunun” yeridir, nə də vəkilliklə bir-birini qaldırıb dağ başına qoymanın. Sizin 90-cı illərdəki yarıtmaz siyasi fəaliyyətiniz də, sosial şəbəkələr üzərindən qurduğunuz “trol-trol” oyunlarınız da, mediaya, müxalif həmkarlarınıza, hətta yeri gələndə, öz partiyalarınızdan, içinizdən çıxanlara belə, olan münasibətiniz hər kəsə bəllidir. Zamanında Emin Millinin, digər xaricdə yaşaya mühacirlərin də dediyi kimi “sizin qatarınız çoxdan gedib”. Sadəcə vağzalda dayanıb “bəlkə də qaytardılar” xəyalları ilə yaşayırsınız. Xalq isə sizin 90-lardakı xaotik Azərbaycanınızı yaxşı xatırlayır, sizə heç nəyi də qaytaran deyil! Nə hakimiyyəti, nə də hər hansı bir siyasi meydanı... Elə sizin yeriniz kompüter arxasıdır, qurduğunuz fantaziyalarla, bir-birinizi reklam etməklə yaşamaqda davam edin.

Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlərin andiçmə mərasimi keçirilib - VİDEO
06.06.2020
“Tarixi reallıqları deməkdən çəkinməməliyik“
05.06.2020
“Onsuz da çətin vəziyyətdəyik“
05.06.2020
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
05.06.2020
“Prezidentin çıxışı siyasi və tarixi cəsarət idi”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info