“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
Tarix: 19.09.2019 | Saat: 15:10:00 | E-mail | Çapa göndər



Şəfiqə Məmmədova:
“Tədbirlərin keçirilməsində bizə Azərbaycanın Belarusdakı səfirliyi, Belarus-Azərbaycan İcmaları Konqresinin rəhbərliyi, diaspor gəncləri köməklik göstərirlər”



Bu gün böyük sevinclə yaza bilərik ki, bir çox xarici ölkələrin tanınımış universitetlərində Azərbaycan dili tədris edilir və tariximiz, mədəniyyətimiz təbliğ olunur. Bir jurnalist olaraq, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində bu prosesi birbaşa izləmək mənə qürur verdi. Bu Mərkəzdə Azərbaycan ab-havası yaşanır. Azərbaycanın dövlət bayrağı, xəritəsi, kitablar və s. əyani vəsaitləri gördükdə bir anlıq sanki özünü Vətəndə hiss edirsən. Bütün bunlar da Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Şəfiqə Məmmədovanın əməyi sayəsində baş verib. Qeyd edək ki, Məmmədova Şəfiqə Kərim qızı 1957-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Bir müddət sonra 82 nömrəli orta pilot məktəbində müəllimə işləyib. Sonra, 2010-cu ildə həyat yoldaşının işi ilə əlaqədar Belarusun paytaxtı Minsk şəhərinə köçüb. Burada tikinti şirkətində tərçüməçi kimi çalışıb. 2018-ci ilin sentyabr ayından Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində rəhbər olaraq çalışır. Həmçinin Mərkəzdə Azərbaycan dili kurslarında dərs deyir. Ailəlidir, iki oğlu var.

-BDPU-da Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasını zəruri edən nə olub?
- Hazırkı zamanda Azərbaycan və Belarus respublikaları arasında mədəni, iqtisadi və ictimai-siyasi əlaqələr geniş yer alır. Bu əlaqələr elmi - pedaqoji sahədə də aktiv şəkildə inkişaf edir. Bu məqsədlə Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanılıb. 2010-cu il dekabrın 9-da M. Tank adına BDPU-da Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb. Açılışda Azərbaycanın Belarus Respublikasındakı Səfirliyi, Bakı Slavyan Universitrtinin rektoru Kamal Abdullayev və universitetin heyəti iştirak edib. Mərkəzin fəaliyyətində BSU-nun prorektoru, professor Rafiq Manafovun böyük rolu olub. O, iki il Mərkəzə rəhbərlik edib və onun təşəbbüsünə əsasən Mərkəzdə Bazar günləri məktəbi təşkil olunur.
Burada Azərbaycan dili dərsləri keçirilir və eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti, ictimai və siyasi xadimləri haqqında məlumatlar verilir.

-Belarus tələbələrinin Azərbaycan dilinə marağı necədir?

- Məktəbə, nəinki Belarusda yaşayan azərbaycanlı tələbələr, həmçinin belarus tələbələr də maraq göstərirlər. Onlar Azərbaycanla bağlı bir çox şeyləri öyrənmək, onun tarixinə, coğrafi mövqeyinə, təbiətinə də maraq göstərirlər. Azərbaycan dilinin nə qədər ahəngli və incə olmsından danışırlar, musiqilərimizi də çox bəyənirlər. Hətta bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar.
-Mərkəzdə nə kimi tədbirlər keçirilir?
- Mərkəzdə bir cox tədbirlər keçirilir. Hər il 18 sentyabrda dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədar Milli Musiqi Günü qeyd olunur. Bundan əlavə, Azərbaycanın dövlət bayramları, Azərbaycan və Belarus şair, yazıçılarına həsr olunmuş gecələr, Xocalı faciəsi ilə əlaqədar tədbir, Novruz bayramı, Beynəlxalq ana dili günü və bu kimi tədbirlər keçirilir. Bundan başqa, Azərbaycanla bağlı sənədli və bədii filmlər nümayiş olunur.
Misal olaraq qeyd edim ki, bu il martın 6-da Mərkəzdə gənc və istedadlı şair Hacıyev Məhəmməd Turanın “Güzgü qırıqları” adlı şeirlər kitabının təqdimatı kecirildi. Kitab artıq rus və belarus dillərinə də tərcümə olunub. 19 yaşlı həmyerlimiz Belarus İqtisad Universitetində təhsil alır, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
-Azərbaycanın Belarusdakı Səfirliyi və Belarus-Azərbaycan İcmaları Konqresi tərəfindən Mərkəzin fəaliyyətinə nə dərəcədə dəstək göstərilir?
- Tədbirlərin keçirilməsində bizə Azərbaycanın Belarusdakı Səfirliyi, Belarus-Azərbaycan İcmaları Konqresinin rəhbərliyi, diaspor gəncləri köməklik göstərirlər. Eyni zamanda, Mərkəzin avadanlıq, dərslik, metodik vəsait və bədii kitablarla təmin olunmasında da BSU ilə bərabər, böyük yardımları olub.
-Azərbaycandakı universitetlərlə hansı formada əməkdaşlıq edirsiz?
- Mərkəz, əsasən, BSU ilə əməkdaşlıq edir. Bu, məqsədəuyğundur, o baxımdan ki, universitetin nəzdində Belarus Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Mərkəzin rəhbəri Albina Seyidovadır. Albina xanım artıq 10 ilə yaxındır ki, Mərkəzin rəhbəridir. Əlaqələrimiz sıxdır və bununla əlaqədar tez-tez telekörpü keçiririk. Bu tədbirdə, nəinki azərbaycanlı tələbələr, eyni zamanda, belarus tələbələr də iştirak edirlər. Bu ilin may ayında keçirdiyimiz telekörpü Böyük Vətən müharibəsinə həsr olunmuşdu. Belarusun azad olunması uğrunda döyüşən Azərbaycanın qəhrəman oğullarının xatirəsi yad olundu. Hər iki tərəfdən müharibə veteranları bu tədbirə dəvət olunmuşdu. Bundan əlavə, belə tədbirlərdə biz öz təəssüratlarımızı bölüşürük, ölkədə baş verən yeniliklərdən məlumatlar alırıq. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və Belarus Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətləri,nəinki universtetlərin yaxın olmasını, eyni zamanda, belarus və azərbaycan xalqları arasında dialoqun inkişafına, gənc nəslin zəngin mənəvi dəyərlərə qiymət verməsinə, bu iki xalqın tarixi və mədəniyyətini öyrənməsinə səbəb olur.

Fuad Hüseynzadə


(Bakı-Minsk-Bakı)






 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info