Orxan Məmmədov: Yaxın müddətdə KOB-lar üçün yeni dəstək mexanizmləri işə düşəcək
Tarix: 19.09.2019 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Bu yaxınlarda KOB-lara dəstək məqsədilə daha bir mexanizm işə salınıb. Həmin dəstək mexanizmindən mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlanacaq. Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov sentyabrın 19-da keçirilən IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”da deyib. O.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu il 29 may tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarının aparılması Qaydası” təsdiq olunub: “Təhlillər onu göstərir ki, rəqabətqabiliyyətli məhsul istehsalını təşkil etmək üçün keyfiyyətli şəkildə bazar araşdırılmasının aparılması vacibdir və bu, KOB-lar üçün ciddi xərclərə tələb yaratdığı üçün bəzən maraqlı layihələrin reallaşdırılması mümkün olmur. Lakin bu mexanizmin tətbiqi sayəsində mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50 faizi dövlət tərəfindən qarşılanacaq. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmindən ödənişsiz olaraq təlimlər, seminarlar keçirilməklə və müəyyən edilən sahələrdə mütəmadi informasiya dəstəyi göstərilməklə faydalanacaq. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manatadək olacaq. Hesab edirik ki, daxili bazar araşdırmalarına dəstək mexanizmi KOB-ların investisiya fəaliyyətini stimullaşdıracaq və onların biznes ideyalarının reallaşdırılmasına mühüm töhfə verəcək”.

KOBİA-nın idarə heyətinin sədri bildirib ki, hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir. Belə ki, fəaliyyət profillərinə uyğun olaraq, KOB-ların layihələri üzrə “İnvestisiya təşviqi sənədi”nin verdiyi vergi güzəştləri və imtiyazlar haqqında aktiv maarifləndirmə tədbirləri həyata keçirilir. Bundan başqa, bu layihələrə xarici investisiyaların cəlb edilməsi məqsədilə müxtəlif tərəfdaş partnyorlarla danışıqlar aparılır. Artıq uğurlu nəticələr də var və bir neçə yerli şirkətlərimiz bu imkanlardan bəhrələnib.
Yeni investisiya təşviq mexanizmlərinin tətbiqi istiqamətində də işlərin davam etdiyini və yaxın dövrdə KOB-ların bu imkanlardan geniş istifadə edəcəyini vurğulayan O.Məmmədov bu mexanizmlər barədə də məlumat verib. Qeyd edib ki, agentliyin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə KOB-lar və strataplar üçün yeni imtiyaz və güzəştlər nəzərdə tutulub, o cümlədən KOB klaster şirkəti anlayışı və müvafiq stimullaşdırıcı tədbirlər məcəlləyə daxil edilib: “Bir müddət əvvəl isə KOB klaster şirkətinin və KOB klaster iştirakçılarının meyarları təsdiq olunub. Bu mexanizmin tətbiqi ilə müvafiq fəaliyyət istiqamətləri üzrə yaradılacaq KOB klaster şirkətləri 7 il müddətinə vergisiz fəaliyyət göstərəcək və ciddi imtiyazlardan istifadə edə biləcək. Bundan başqa, KOBİA tərəfindən startaplara veriləcək şəhadətnamə onları 3 il müddətinə gəlir və ya mənfəət vergisindən azad edəcək. Hazırda bu istiqamətdə iş aparılır”.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
TANAP mükafata layiq görülüb
22.10.2019
Şahin Mustafayev Baş Nazirin müavini təyin edildi
22.10.2019
2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” davam edir
22.10.2019
Prezident İlham Əliyev Putinə başsağlığı verib
22.10.2019
Goranboyda sahibkarlara güzəştli kredit verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info